” Nəzərə almaq lazımdır ki, fəlakət nəticəsində Türkiyə iqtisadi zərərləri ilk baxımından 10 milyardlarla dollar həcmində müxtəlif eksperment mərkəzlər tərəfindən qiymətləndirilir ki, bu da Türkiyədə daxili bazarın zəifləməsinə, alıcılıq bazarının kəskin şəkildə düşməsinə gətirib çıxaracaq”, bu sözləri Elchi.az saytına açıqlamasında iqtisadçı, professor Elşad Məmmədov deyib.
O, Azərbaycanın xaricdə sərmayələr yerləşdirdiyi ölkələrdən Türkiyənin ən möndə gedən ölkələ olduğunu vurğulayıb:” Türkiyə iqtisadiyyatında baş verən mənfi dəyişikliklər istər istəməz Azərbaycanın həm ixrac potensialına, həm daxili bazarına öz mənfi təsirini göstərəcək. Əgər biz birbaşa sərmayələrdən əldə etdiyimiz etdiyimiz vəsaitlərə nəzər salsaq Türk valyutasının kəskin şəkildə zəifləməsi bilavasitə Azərbaycan iqtisadiyyatı öz mənfi təsirini göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatına təsirləri sistem formalaşdırıcı şəkildə olacaq və kompleksli problemlərə yol açacaq. Düşünürəm ki, milli iqtisadiyyatımızın vektorlar nəzərində müvafiq tarazlığın formalaşdırmasında ehtiyac var. Türkiyəyə lazım olan dəstəyi vermişik və bundan sonra da verəcəyik, amma milli iqtisadiyyatımızda rəqabətin artırılmasında Azərbaycan bazarının investisiya mühitinin inkişafında, ilk növbədə yerli investisiya mənbələrin araşdırılmasına, yerli və xarici bazarların effektiv işlənməsinə ehtiyac var ki, bütün bunlar Azərbaycan iqtisadiyyatının dayanıqlı şəkildə rəqabət qabiliyyətinin artırılmasına yol açmalıdır”.
Havar Şəfiyeva




