"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda partlayıcı maddələr zavodu tikiləcək

17 Fevral 2023 - 00:14
in XƏBƏR LENTİ

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin törəmə cəmiyyəti olan “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) sənaye əhəmiyyətli partlayıcı maddələr zavodunun inşasına başlanılması ilə əlaqədar brifinq keçirilib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Qurumdan Elchi.az-a verilən məlumata görə, mətbuat nümayəndələri qarşısında çıxış edən “AzerBlast” MMC-nin icraçı direktoru Rizvan Baxşıyev layihə barədə ətraflı məlumat verib, sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalının ölkəmizdə ilk dəfə təşkil edildiyini diqqətə çatdırıb.

R.Baxşıyev bildirib ki, Gəncə şəhərində inşası həyata keçirilən müəssisənin yaradılmasında əsas məqsəd mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müəssisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin yaradılmasıdır.

Vurğulanıb ki, illik istehsal gücü 31 000 ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcək.

Layihənin ümumi investisiya dəyərinin 14 milyon manat olduğunu qeyd edən R.Baxşıyev layihə çərçivəsində inşaat işlərinə təqribən 5.5 milyon manat, avadanlıqların alınması və quraşdırılmasına 4 milyon manat vəsait sərf olunacağını, digər vəsaitlərin əməliyyat xərclərinə yönəldiləcəyini bildirib.

Qeyd olunub ki, layihənin maliyyə modelində Xalis Cari Dəyər (NPV) 2.6 milyon manat, Daxili Gəlirlilik Dərəcəsi (IRR) isə 24.3% olaraq hesablanıb. Layihənin icrasına qoyulmuş investisiyanı müəssisənin tam gücü ilə fəaliyyəti nəticəsində 5.3 ilə qaytarmaq mümkün olacaq. Layihə üzrə fəaliyyətin ilk 6 ili üçün hesablanmış cəmi gəlir isə 90 milyon manat təşkil edir. Sonrakı illərdə də sənaye əhəmiyyətli partlayıcı maddələrə artan daxili və xarici tələbat fonunda istehsalın yüksək templə davam etdirilməsi nəticəsində satış gəlirlərinin daha da artırılacağı, müəssisənin uzunmüddətli, fasiləsiz və davamlı fəaliyyətinin təmin ediləcəyi mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zelenski İsrail XİN başçısı ilə İranı müzakirə edib

Next Post

“Rusiya bu gün Ukraynaya 36 raket atıb” – Zelenski

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
“Rusiya bu gün Ukraynaya 36 raket atıb” – Zelenski

"Rusiya bu gün Ukraynaya 36 raket atıb" – Zelenski

Xankəndidə gərginlik artır – Bakı “halqanı” daraldacaq

Xankəndidə gərginlik artır – Bakı “halqanı” daraldacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.