Bir sıra amerikalı senatorlar ABŞ prezidenti Co Baydeni Ukraynaya döyüş təyyarələri və uzaqmənzilli raketlər verməyə çağırıb. Elchi.az xəbər verir ki, barədə ” RİA Novosti” məlumat yayıb.
“Ukraynaya lazım olan növbəti şey qırıcı təyyarələrdir. Hərbi Hava Qüvvələri olmadan birləşmiş silah əməliyyatları həyata keçirilə bilməz. MiQ-29 təyyarəsi köhnəlib”, – deyən Demokrat senator Lindsey Graham əlavə edib ki, Bayden administrasiyası Ukrayna qırıcı pilotları üçün təlimlərin başlamasına təşəbbüs göstərməlidir.
Qeyd olunur ki, Qrehemin çağırışı respublikaçı senator Riçard Blumental tərəfindən dəstəklənib və o, öz növbəsində Ukrayna Silahlı Qüvvələrinə 300 kilometr mənzilli ATACMS raketlərinin göndərilməsində israrlıdır.
Bundan əvvəl jurnalist Draqo Bosniç öz kəşfiyyat mənbələrinə istinadən ABŞ-ın gizli şəkildə ER-GMLRS uzaqmənzilli idarə olunan raketlərini Ukraynaya ötürdüyünü bildirmişdi. Qeyd edilir ki, belə raketlərin uçuş məsafəsi 150 kilometrə çatır. jurnalist həmçinin iddia edib ki, NATO ölkələrindən birinin ərazisində yerləşən Amerika bazası Ukraynaya Rusiya qoşunlarını artilleriya atəşinə tutmağa kömək edir.
Havar Şəfiyeva





