Onlarda Rusiya Federasiyasından “Sovet İttifaqı Donanmasının Admiralı Qorşkov” freqatı və “Kama” orta dəniz tankeri iştirak edir.
Elchi.az xəbər verir ki, Hind okeanında Rusiya, Cənubi Afrika Respublikası və Çinin “Mozi-2” kod adı altında birgə hərbi dəniz təlimləri başlayacaq. Cənubi Afrika Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Federasiyasını təlimlərdə Sovet İttifaqı Donanmasının “Admiral Qorşkov” freqatı və “Kama” orta dəniz tankeri təmsil edir.
Cənubi Afrikanın Müdafiə Nazirliyi həmçinin qeyd edib ki, “Mozi-2” təlimi üç ölkə üçün hərbi bilik, bacarıq və əməliyyat təcrübəsi mübadiləsi üçün platformaya çevriləcək və bütün iştirakçılara fayda verəcək.
Təlimlər fevralın 17-dən 27-dək KvaZulu-Natal sahillərində Durban və Riçards körfəzi arasındakı su zonasında keçiriləcək.
Çin təlimlərə bir esmines, bir freqat və köməkçi gəmi göndərib, Cənubi Afrika isə bir freqat və iki köməkçi gəmi təqdim edəcək.
“Daily Maverick”in yerli nəşri yazır ki, Sovet İttifaqı Donanmasının “Admiral Qorşkov” freqatı “Zirkon” hipersəs raketini hərəkətdə nümayiş etdirəcək. Belə bir buraxılış ilk dəfə həyata keçiriləcək. Zirkon 500 km-dən çox məsafədə yerüstü hədəfi vurmalı olacaq.
Cənubi Afrika, Çin və Rusiyanın əvvəlki oxşar təlimləri 2019-cu ilin noyabrında keçirilib.
Şayəstə






