Elchi.az xəbər verir ki, Pentaqonun katibinin köməkçisinin müavini Maykl Çeyz yaxın günlərdə Tayvana səfər edəcək. Bu barədə “Financial Times” mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, hazırda Pentaqonda Pekinlə bağlı məsələlərə cavabdeh olan rəsmi Monqolustandadır və burada Monqolustan Müdafiə Nazirliyinin nümayəndələri ilə danışıqlar aparılır.
Qeyd olunur ki, Tayvana gözlənilən səfər 2019-cu ildən Pentaqonun yüksək rütbəli rəsmisinin o vaxtkı müdafiə nazirinin Şərqi Asiya üzrə köməkçisinin müavini Heyno Klinkin adaya səfərindən sonra ilk səfəri olacaq.
Pentaqon qarşıdan gələn səfərlə bağlı mesajı şərh etməyib.
Şayəstə




