Almaniyanın Münhen şəhərində səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Şurasının sədri Şarl Mişellə qeyri-rəsmi görüş keçirib.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.
Görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini, eləcə də Ermənistan-AB əməkdaşlığını müzakirə ediblər.
Qeyd edək ki, Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...






