Sənəd müəllifləri bayramın ləğvini “tarixi yaddaşın tamamilə dağıdılması” ideyasını həyata keçirmək üçün növbəti cəhd adlandırıblar.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin saytında 9 May Qələbə Gününün qeyd edilməsinin ləğv edilməməsi, lakin bu tarixin rəsmi bayram kimi qalması tələbi ilə petisiya yerləşdirilib.
“Veteranlar, cəbhəçilər, konsentrasiya düşərgələrinin qurbanları getdi, bir nəsil getdi, yalnız bir şey qaldı – ağır döyüşlərin, zəhmətin və Böyük Qələbənin xatirəsi”, – Ukrayna prezidentinin saytında yerləşdirilən sənəddə deyilir.
Müraciət müəllifləri ölkədə 9 May bayramının ləğvinin “tarixi yaddaşın tamamilə sıradan çıxarılması” ideyasını həyata keçirmək üçün növbəti cəhd olacağını bildirərək, buna yol verilməməli olduğunu qeyd ediblər.
Bu petisiya cümə axşamı, fevralın 16-da qeydə alınıb. Bir gündən az vaxt ərzində sənəd Ukrayna liderinin baxması üçün lazım olan 25 min səsdən 80-ə yaxın səs toplayıb.
Xatırladaq ki, çərşənbə axşamı, fevralın 14-də Ali Radaya Qələbə Gününün, eləcə də 8 Mart və 1 Mayın qeyd edilməsinin ləğvini nəzərdə tutan qanun layihəsi təqdim edilib. KP.RU saytının yazdığı kimi, sənədlərə əsasən, onlar yalnız 8 Mayda Anım və Barışıq Gününü qeyd etməyə hazırlaşırlar, lakin bu tarixi istirahət günü elan etmədən.
Şayəstə




