"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kuznetsov: Paşinyan Rusiya sərhədçilərini çıxaracaq

17 Fevral 2023 - 14:59
in GÜNDƏM

Həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında münasibətlərin ən qısa müddətdə – bir aya qədər normallaşmasında maraqladırlar. Ona görə də şəxsən mən hesab edirəm ki, belə normallaşma çox sürətlə baş verə və uzun müddət davam edə bilər.
Elchi.az xəbər verir ki, bu sözlıri rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Azərtaca-a açıqlamasında Türkiyədə zəlzələ bölgəsinə Ermənistan tətəfindən humanitar yardım və xilasedicilər göndərilməsini, habelə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Ankaraya səfərini şərh edərkən deyib.
Rusiyalı ekspert Qəhrəmanmaraşda və ona yaxın əyalətlərdə baş vermiş zəlzələ fonunda Ermənistanın siyasi rəhbərliyinin Prezident Ərdoğanı və Türkiyə xalqını həm sözdə, həm də əməli işdə dəstəkləmək qərarını müsbət qiymətləndirib.
Onun sözlərinə görə, Ermənistanın hakimiyyət orqanları öz xarici siyasətində qərbpərəst inkişaf vektorunu seçəndən və hətta Rusiya XİN də bu faktı etiraf etməyə məcbur olandan sonra İrəvandakı siyasi elitaların öz yeni fəaliyyət kursunu həyata keçirməsi üçün o qədər də çox variant qalmayıb.
“Ermənistanın cəmi dörd qonşusu var – Azərbaycan, Gürcüstan, İran və Türkiyə. Azərbaycanla Ermənistan arasında Qarabağ ilə bağlı çoxdan mövcud olan ərazi mübahisəsi səbəbindən, İrəvan Qərbə praktiki çıxış üçün bu qonşudan obyektiv olaraq istifadə edə bilmir. Ermənistan bu məqsədlə İrandan da istifadə edə bilmir, çünki bu gün rəsmi Tehran Ukrayna ərazisində Qərbə qarşı müharibədə Rusiyanın müttəfiqi kimi çıxış edir. Beləliklə, necə deyərlər, “Allah bizi belə dostlardan qorusun”. Bu məsələdə Gürcüstan da Ermənistana köməkçi sayıla bilməz, çünki hava nəqliyyatı istisna olmaqla bütün logistik zəncirlər fiziki mənada Gürcüstan-Rusiya sərhədinə əsaslanır, orada isə indiki vəziyyəti erməniləri görmək istəmədiklərini gizlətmirlər, çünki rəsmi İrəvanın xarici siyasət oriyentasiyası kəskin şəkildə dəyişib. Beləliklə, xüsusən rəsmi Tiflis Cənubi Osetiyada müharibə üçün əvvəllər Ukraynadan aldığı silahları geri qaytarmaqdan açıq-aşkar imtina edəndən sonra Gürcüstan variantı da yaramır. Deməli, Ermənistanın hakimiyyət orqanlarının Qərbə tərəf hərəkəti üçün qalan yeganə yol Türkiyədən keçir. Bu səbəbdən şəxsən mən İrəvan ilə Ankaranın intensiv yaxınlaşma yolunu seçməsini heç də qəribə və təəccüblü hesab etmirəm”, – ekspert bildirib.
Türkiyə-Ermənistan sərhədinin tamamilə açılmasının mümkünlüyü məsələsinə gəldikdə isə, agentliyin müsahibinin fikrincə, bu fakt Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan Respublikasındakı Sərhəd İdarəsinin gec-tez ləğv edilməsinə və sərhədin qorunmasında hərbi rejimdən avtomatik olaraq polis rejiminə keçməyə gətirib çıxaracaq.
“Mən hadisələrin inkişafının bu cür ssenarisini nəinki mümkün, hətta tamamilə real hesab edirəm və 2023-cü ilin sonuna qədər Ermənistanda rusiyalı sərhədçilərin qalmayacağını əsla istisna etmirəm”, – O.Kuznetsov deyib.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan fevralın 16-da Ermənistan hökumətinin iclasında Ermənistan-Türkiyə münasibətlərinin normallaşması kontekstində bir sıra bəyanatlar səsləndirib, o cümlədən qeyd edib ki, İrəvan Türkiyə ilə sərhədlərin tamamilə açılmasını arzu edir.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lavrovun Bakıya gələcəyi təsdiqləndi

Next Post

Aİ Rusiya biznes və fiziki şəxslərin 21,5 milyard avroluq aktivlərini dondurub

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Aİ Rusiya biznes və fiziki şəxslərin 21,5 milyard avroluq aktivlərini dondurub

Aİ Rusiya biznes və fiziki şəxslərin 21,5 milyard avroluq aktivlərini dondurub

Zaxarovadan Nulanda Krıma qalxmamağa, UFO-larla mübarizə aparmağa çağırıb

Zaxarovadan Nulanda Krıma qalxmamağa, UFO-larla mübarizə aparmağa çağırıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.