Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı bildirib ki, bu günə kimi iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üzrə birlik proqramları çərçivəsində tədbirlərin təxminən 80%-i həyata keçirilib.
Elchi.az bu barədə Rusiya mediasına istinadən bildirir.
“Bizim qeyd etdiyimiz iyirmi səkkiz proqram, yəni 80%-dən azı artıq tamamlanıb”, – Belarus prezidenti bildirib.
Onun sözlərinə görə, vergi və gömrük sahəsində əsas vəzifələr artıq öz həllini tapıb və hələ də bəzi texniki məsələlər qalıb. Amma onlar da həll olunur.
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyada səfərdədir.
Yeganə






