“Fransa prezidenti Emmanuel Makronun gec-tez Rusiya ilə dialoq qurmalı olacağı ilə bağlı açıqlamalarından sonra Ukrayna prezidenti Volodimir Zelenski “özünü itirib” “.
Elchi.az xəbər verir ki, publisist Filip Rikard bu barədə “Le Monde” qəzetində yazır.
Müəllifin fikrincə, Makronun çoxvektorlu kursu (eyni zamanda Ukraynanı silahla təmin etmək və Kremllə dialoqa çağırış) Fransadan kənarda anlaşılmazlığa səbəb olur və bir çox fransızlar arasında mübahisə doğurur. Fransa rəhbərliyinin mövqeyi bəzən yanlış anda səsləndirilir və bu, Ukraynaya haqlı dəstək ifadələrinə xələl gətirir”,-deyə Rikard vurğulayıb.
Rikard qeyd edib ki, Fransa liderinin münaqişənin həlli naminə Rusiyaya “təhlükəsizlik zəmanəti” vermək niyyəti Qərbdəki tərəfdaşların “qıcıqlanmasına” səbəb olur:
“Bundan əlavə, Makronun 2022-ci ilin dekabrında dediyi, heç bir halda Ukraynanın NATO-ya üzvlüyünə icazə verilməməsi ilə bağlı sözləri özünü alyansın faktiki üzvü hesab edən Ukrayna rəsmilərini şoka salıb”.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron dəfələrlə bəyan edib ki, Rusiya ilə Ukrayna arasında münaqişə döyüş meydanında bitə bilməz, ona görə də danışıqlar üçün zəmin hazırlamaq lazımdır. Onun sözlərinə görə, bu məqsədlə Rusiyanın “alçaldılmasından” çəkinmək lazımdır.
Yeganə






