ABŞ-da 5 yaşlı oğlan uşağı anası ilə birlikdə Niaqara şəlaləsinə atılıb.
Elchi.az bildirir ki, bu barədə “Daily Mail” xəbər verir.
Nəşrin məlumatına görə, amerikalı qadın şəlaləyə əri və oğlu ilə gəlib. Qadın uşağı götürüb hasarın üstündən keçərək aşağı atılıb.
Oğlan sağ qalıb. Xilasedicilər onu kanyondan çıxara biliblər, bundan sonra uşaq helikopterlə xəstəxanaya aparılıb.
Ana atılandan sonra dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.
Yeganə






