"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Belə çıxır ki, biz yalnız sinonim sözləri dəyişə bilərik”

17 Fevral 2023 - 19:41
in GÜNDƏM, MANŞET

“Komitə iclaslarında bir məsələyə toxunmuşdum. Ümumən dəyişiklikləri mütərəqqi hesab edirəm. Səs vermişəm və bu gün də səs verəcəyəm. Söhbət Mülki Məcəllənin 740.10-cu maddəsi ilə bağlı idi. Burada əslində mənim dediyim sadə bir məsələdir. Ümid edirəm diqqətlə qulaq assanız, görəcəksiniz ki, başa düşülməsi çətin olmayan bir fikir söyləyirəm”.
Elchi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili əlavə edib ki, mülki qanunvericilik imkan verir ki, vətəndaşlar, Azərbaycan Respublikasında yaşayan əcnəbilər və s. həm fiziki şəxlər, həm də hüquqi şəxslərə borc müqaviləsi ilə borc verə bilərlər: “Əgər məblğ 3 min manatdan yuxarıdırsa. Eynilə də fiziki və hüquqi şəxslər faizlə borc verə bilərlər. Yəni qazanc götürə, gəlir əldə edə bilərlər. Məsələn, kimsə məndən faizlə borc istəyir, mən ona faizlə borc verirəm və bu da aramızda bağlanan müqavilə ilə tənzimlənir. 740.10-cu maddədə deyilir ki, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi, yalnız normavi hüquqi aktlara uyğun olaraq, kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Yəni kimsə müntəzəm olaraq faizlə kredit verirsə, bunu kredit təşkilatları və banklar edə bilər. Bunun üçün onlar lisenziya alırlar və bu da sahibkarlıq fəaliyyətinin xüsusi növüdür. Amma qanunun mətnindən bu çıxır ki, vətəndaş müntəzəm kredit verə bilməz. Yəni hüquqi, fiziki şəxs – hansı ki, o bank və kredit təşkilatı deyil. Mən də sual ünvanlayıram ki, bu müntəzəm sözünə aydınlıq gətiriməlidir. Ayda neçə dəfə kredit verə bilər? Tutaq ki, mən faizlə kiməsə borc vermək istəyirəm. Ayda neçə dəfə faizlə borc verə bilərəm? Müntəzəm borc verə bilmərəm. Bunun üçün ya bank, ya da gərək kredit təşkilatı olam. İldə neçə dəfə faizlə borc verə bilərəm? Buna aydınlıq gətirmək lazımdır. Bunun aşağasında bir qeyd yazmaq və həmin qeyddə də göstərmək olar ki, müntəzəm dedikdə nə başa düşülür? Tutaq ki, ildə bir, iki, üç, dörd, beş dəfə. Nurlan Həsənov sağ olsun, bu məsələni qanunvericilik təşəbbüsünün subyekti ilə, yəni işçi qrupun üzvlərinin də diqqətinə çatdırb. Amma onlar deyiblər ki, yox, elə belə olmalıdır. Mən bir dəfə də parlamentdə söyləmişdim ki, çox təəssüf ki, parlamentdə qaldırlan bir sıra məsələləri qanunvericilik subyekti heç də diqqətlə öyrənmir, yaxud da fikirləşirlər ki, birdən cənab Prezidentə məruzə eləsələr deyərlər ki, necə oldu, siz bunu görməmisiniz, başqası görüb. Burada 125 adam ona görə əyləşir ki, ağıl ağıldan üstündür. Birinin ağlına gəlməyən məsələni başqa birisi görür, ona diqqəti cəlb edir. Burada nə var ki, onu qıcıqla qarşılayırlar? Belə çıxır ki, bizə yalnız icazə verirlər ki, sözləri yalmız sinonim sözlərlə əvəz edək. Bir dəfə hörmətli Tahir Mirkişili – burada dövlət-özəl əməkdaşlığı haqqında qanun müzakirə olunurdu – mənə cavab verərək bildirdi ki, “o cümlədən” sözü “habelə” sözü ilə əvəz olundu və qanunun mahiyyətində ciddi dəyişiklik baş verdi. Halbuki sinonim sözlərdir. Belə çıxır ki, biz yalnız sinonim sözləri dəyişə bilərik. Nurlan Həsənov mənə dedi bunun ardınca gələcək ki, hansısa hüquqi və ya fiziki şəxs kredit təşkilatı kimi müntəzəm olaraq borc verirsə, onun üçün məsuliyyət məsələsi qoyulacaq. Biz buna qanunvericilik qaydasında aydınlıq gətirməliyik. Çox təəssüf ki, buna aydınlıq gətirilmir. Mən ötən dəfə də plenar iclasda çıxış eləmədim. Fikirləşirdim ki, işçi qaydada həll eləmək olar. Çox təəssüf ki, bunu həll etmək mümkün deyil ona görə də, bunu diqqətinizə çatdırdım”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya nə edə bilər? – Zelenski

Next Post

Vətəndaşlarımızın BƏƏ-yə girişinə qadağa qoyulub?

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Next Post
Vətəndaşlarımızın BƏƏ-yə girişinə qadağa qoyulub?

Vətəndaşlarımızın BƏƏ-yə girişinə qadağa qoyulub?

Videosu yayılan qadının ailəsi dağılıb, uşaqları əlindən alınıb – Zaur Mirzəyevdən 192 min tələb edir

Videosu yayılan qadının ailəsi dağılıb, uşaqları əlindən alınıb - Zaur Mirzəyevdən 192 min tələb edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.