APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə həmin təşkilatların Rusiya ərazisində fəaliyyəti rəsmən qadağan olunub.
Qeyd edək ki, İŞİD və “Cebhat ən-Nusra” qruplaşmalarının terrorçu təşkilat kimi tanınması tələbi ilə Rusiya Ali Məhkəməsinə ölkənin Baş Prokurorluğu müraciət edib.




