"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Yoxsul insanların sosial müdafiəyə ehtiyacı var

20 Fevral 2023 - 10:32
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Qüdrət Həsənquliyev: “Əgər artıq vəsait varsa, şəhid ailələrinin, müharibə əlillərinin, pensiyaçıların, tibb işçilərinin, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir, investisiya kimi qoyulmamalıdır”

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Elchi.az  saytına müsahibəsini oxuculara təqdim edirik

 

– Qüdrət bəy, Milli Məclisin son iclasında xəstəliyin Konstitusiyaya zidd olaraq “Sosial sığorta haqqında” qanunla sosial sığorta hadisəsi kimi nəzərdə tutulmadığını qeyd etdiniz və Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə dair hökumətin təkliflərinə qarşı çıxdınız. Bu barədə vətəndaşlarımıza bir az geniş məlumat vermənizi xahiş edirik.

 

– Konstitusiyanın 38-ci maddəsinin 3-cü bəndində deyilir: “Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir”. “Sosial sığorta haqqında” qanunun 4-cü maddəsində sosial sığorta hadisəsinə aşağıdakıların daxil olduğu göstərilir:

– pensiya yaşına çatmaq;

– əlilliyin müəyyən edilməsi;

– ailə başçısını itirmək;

– əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);

– hamiləlik və doğum;

– uşağın anadan olması;

– uşağa qulluq;

– ölüm;

– sanatoriya-kurort müalicəsi zərurəti.

Göründüyü kimi Konstitusiyaya zidd olaraq, xəstəliyə görə sığorta almaq hüququ qanunla nəzərdə tutulmur. Təcrübədə, xəstəliyə görə müavinət əmək qabiliyyətini müvəqqəti itirmək halı kimi qəbul olunur və buna görə ödəmə edilir. Halbuki bunlar Konstitusiyada ayrı-ayrı sığorta hadisələri kimi nəzərdə tutulur. Bizdə xəstəliyə görə əmək qabiliyyətinin 31%-dən çox itirilməsi əlillik yaradır və insanlara əlilliyə görə pensiya ödənilir, amma xəstəliyə görə əmək qabiliyyətinin 31%-dən az itirilməsi sosial sığorta hadisəsi sayılmır və Konstitusiyaya zidd olaraq heç bir odəniş edilmir.

Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsinə dair qanunun 19-cu maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliyə gəldikdə isə onu deyə bilərəm ki, Dövlət Sosial müdafiə fondu Konstitusiyanın 109-cu maddəsinin 7-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində nəzərdə tutulmuş mərkəzi icra hakimiyyəti orqanı kimi formalaşdırılıb. Sosial sığorta haqqında qanunun 19.1- ci maddəsində deyilir ki, sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilimir. Əlavə olunan 19.1-1 -ci bənddə isə deyilir ki,sərbəst vəsait investisiyaya yönəldilə bilər. Ümumiyyətlə,dövlət hakimiyyət orqanlarının biznes fəalyyəti ilə məşğul olması yolverilməzdir. Bu halda isə investisiyalar nə qədər az riskli sahələrə yönəldilsə də onun itirilməsi ehtimalı var. Dövlət Sosial Müdafiə Fondu özəl sosial-sığorta şirkəti deyil ki, biznes fəaliyyəti ilə məşğul olsun. Bundan başqa, 2023-cü il üçün sosial müdafiə xərclərini qarşılamaq üçün dövlət büdcəsindən sosial müdafiə fonduna təqribən 1.5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Belə anlaşılır ki, hökumət sosial müdafiə fonduna artıq vəsait yönləndirir ki, investisiyaya yönəltsin. Büdcə gəlirləri imkan verirsə, bunun üçün Nazirlər Kabineti, iqtisadi inkişaf, maliyyə nazirliyi və həmin nazirliklərin strukturlarında yüksək ixtisaslı kadrlar var. Əgər artıq vəsait varsa, şəhid ailələrinin, müharibə əlillərinin, pensiyaçıların, tibb işçilərinin, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir, investisiya kimi qoyulmamalıdır. Yoxsul insanların sosial müdafiəyə çox böyük ehtiyacı var.

Son vaxtlar mərkəzi icra hakimiyyəti orqanlarına Konstitusiyay zidd olaraq göstərdikləri xidmətə görə özlərinin müəyyənlişdirdiyi haqq almaq səlahiyyəti verirlir. Konstitusiyanın 73-cü maddəsinin 2-ci hissəsində düzünə göstəriş var ki, hər kəs qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Dövlət orqanlarının göstərdikləri xidmətə görə qanunla müəyyən olunmuş həcmdə rüsum tutula bilər. Dövlət rüsumu haqqında qanunun 1-ci madəsi ilə tanış olun:

1.1. Dövlət rüsumu – dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).

Heç bir hüquqi (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla) və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz.

1.2. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər.

1.3. Bu Qanunun 17.6-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi qaydası ilə bağlı müddəalar nəzərdə tutula bilməz.

Çox təəssüf ki, dövlət idarəetməsinin fəlsəfəsinə zidd olaraq dövlət orqanları biznes subyektlərinə çevrilir, hərə gördüyü iş üçün haqq müəyyən edir.

 

– Təkliflərinizin nəzərə alınma ehtimalı varmı?

 

– Bu ehtimal sıfıra yaxındır. Amma ümid edirəm peşəkar parlament üzvü və vicdanlı insanlar kimi tanıdığım İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc və müvafiq komitənin sədri Musa Quliyev mənim qaldırdığım bütün məsələlərlə razılaşmasalar da qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə edəcəklər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

FHN-çilər tapdıqları qızılları türk polisinə təhvil verdi – Video

Next Post

Novruz bayramında bu tarixlərdə iş olmayacaq

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Novruz bayramında bu tarixlərdə iş olmayacaq

Novruz bayramında bu tarixlərdə iş olmayacaq

FHN-çilərin xilasetmə əməliyyatlarından yeni – Video

FHN-çilərin xilasetmə əməliyyatlarından yeni - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.