Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər xilas edilib, 8 nəfər isə itkin düşüb.
Sahil təhlükəsizlik xidməti qaçaq miqrantları aparan gəminin batdığı xəbərini aldıqdan sonra hadisə yerinə gedib. Xilas edilən iki suriyalı xəstəxanaya çatdırılıb.
İtkin hesab edilən 8 nəfərin tapılması üçün cəhdlər davam edir. Güclü külək xilasedicilərin işini xeyli çətinləşdirir.
Gülnar




