“Birlik qalxanı-2023” Belarus-Rusiya hərbi təlimləri sentyabrın 22-dən 26-dək Rusiyada keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko bildirib.
“Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin “Birlik qalxanı-2023” birgə əməliyyat təlimi sentyabrın 22-dən 26-dək Rusiya ərazisində keçiriləcək əməliyyat və döyüş hazırlığının mərkəzi tədbirlərindən biridir.
Aydındır ki, Rusiya Federasiyası ilə əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşməsi mövcud çağırışlar və təhdidlər şəraitində Birlik Dövlətinin müdafiə qabiliyyətinin təmin edilməsi maraqları çərçivəsindədir”.
Revenko Rusiya Federasiyası ilə sıx strateji əməkdaşlığın bu il də davam etdiriləcəyini açıqlayıb:
“150-dən çox müxtəlif növ birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur”.
Yeganə






