“Cənab prezidentin Münhendəki görüşləri Azərbaycanın xarici siyasətində müsbət qiymətləndirilir. Ümumiyyətlə Azərbaycan xarici siyasətini hər zaman öz fəaliyyətini qətiyyətlə və diqqətlə aparıb” – bunu Elchi.az saytına açıqlamasında siyasi şərhçi Sona Əliyeva deyib.
Münhen görüşündə prezidentin söylədiyi fikirlərin Rusiya üçün bir signal olduğunu deyən siyasətçi həmçinin qeyd edib:” Rusiya bu prosesləri diqqətlə izləyir və hər bir şeyi nəzərə alır. Vardaryanın ümumiyyətlə Rusiya tərəfindən Qarabağa göndərilməsi də burdakı məsələləri Rusiya tərəfindən daimi olaraq nəzarət altında saxlanılmasına xidmət eləyir. Güman eləyirəm ki, hər bir halda bu qədər böyük qələbədən sonra bütün siyasi prosesləri Azərbaycanın lehinə olaraq dəyişəcək. Ermənistan rəsmilərinin nə danışmasından asılı olmayaraq reallıq göz qabağındadır. Reallıq ondan ibarətdir ki, Azərbaycan həm siyasi həm iqtisadi müstəvidə qalibdir. Eyni zamanda cənab çox mühüm bir məsələyə toxundu ki, Dağlıq Qarabağ deyilən bir status artıq yoxdur. Qarabağ artıq Azərbycanın tərkib hissəsidir. Rusiya Ukrayna ilə ağır müharibə aparmağına baxmayaraq Cənubi Qafqaz siyasətindən heç zaman əl çəkən deyil. Cənubi Qafqaz strateji bir məkan olaraq nəinki Rusiyanın, ümumiyyətlə bütün dünyanın nəzərində və nəzarətindədir. O baxımdan bütün dünya üçün vacib olan bir ərazi heç bir şəkildə onların nəzərindən qıraqda qala bilməz”.
Havar Şəfiyeva




