"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyanın məğlubiyyəti halında qazanacaqlarımız itirəcəklərimizdən daha çox olacaq

23 Fevral 2023 - 14:35
in SİYASƏT

Rusiya-Ukrayna müharibəsinin taleyi böyük ölçüdə NATO və Qərbin Kiyevə verəcəyi dəstəkdən asılıdır. Bu günə qədər Ukraynaya verilən yardımın həcmi kifayət qədər böyük olsa da Rusiya üzərində qələbə çalmaq üçün yetərli olmayıb. Səbəb isə Ukraynanın daha çox müdafiə silahları ilə təmin olunması ilə bağlıdır. Rəsmi Kiyevin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq hələ də orta və uzaq mənzilli raketlərlə təminat demək olar ki, yox dərəcəsindədir”- bu sözləri Elchi.az-a açıqlamasında AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov deyib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

O, həmçinin qeyd edib: “Təsəvvür edin ki, müharibənin artıq bir ili tamam olur, amma Qərb koalisiyası Ukraynanı müasir tanklarla silahlandırmaq üçün hələ indi-indi hərəkətə keçir. İstər canlı qüvvə baxımından, istərsə də texnika və silah-sursat baxımından böyük itkilər verən Rusiya üçün vəziyyət təbii ki, olduqca mürəkkəbdir. Çünki müharibəni davam etdirmək üçün olduqca böyük maliyyə imkanları lazımdır. Rusiyanın maliyyə imkanları isə tətbiq olunan sanksiyala səbəbilə hər keçən gün azalır.
Döyüşlərin nə ilə nəticələnəcəyini və ümumiyyətlə, Rusiyanın Ukraynaya müdaxiləsinin nə ilə nəticələnəcəyini dəqiq demək mümkün olmasa da bir şey dəqiqdir ki, Rusiya–Ukrayna müharibəsi Rusiyanın iqtisadi cəhətdən çökməsi, beynəlxalq birlikdən təcrid olunması ilə nəticələnəcək. Belə ki, bu müharibənin nəticəsində ən çox uduzan Rusiya olacaq. Çünki beynəlxalq sanksiyaların dağıdıcı təsiri hər keçən gün artır. İkinci bir tərəfdən bu müharibə iki dövləti və xalqı bir daha bir araya gəlməyəcək şəkildə ayırdı. Rusiya bəlkə də Donbas ərazisini qopara bilər, amma Ukraynanı tamamilə, birdəfəlik itirdi. Halbuki Putin bu savaşı Donbasın qalan hissəsini də almaq üçün yox, bütün Ukraynanı tabe etdirmək niyyəti ilə başlatmışdı. Müharibə Rusiyanın hərbi qüdrəti ilə bağlı təsəvvürləri də azaltdı. Artıq indiki Rusiyanın hərbi potensialı o qədər də çəkindirici gəlmir və nəhayət Rusiyanın beynəlxlaq nüfuzu ciddi şəkildə yara aldı”.

Politolog Rusiyanın qələbəsi və ya məğlubiyyətinin ölkəmizə təsirini Ukrayna cəbhəsində Rusiyanın qələbəsi bu ölkəni bütün post-sovet məkanını öz təsiri altına almağa şirnikləşdirəcəyini vurğulayıb.

“Başqa sözlə desək belə bir ehtimal halında MDB ölkələrindəki separatçı rejimlərə maksimum dəstək verməklə ayrı-ayrı ölkələrə təzyiqlərin şahidi ola bilərik. Bura Azərbaycan da daxildir. Bu gün Ukrayna cəbhəsində bataqlığa düşmüş Rusiyanın başı böyük ölçüdə qarışdığı üçün Cənubi Qafqazdakı maraqlarını genişləndirmək üçün yetərli qədər imkanlara malik deyil. Başqa sözlə desək hal-hazırda özü üçün ikinci cəbhə açmaq niyyətində deyil. Odur ki, düşüncəmə görə Rusiyanın məğlubiyyəti halında qazanacaqlarımız itirəcəklərimizdən daha çox olacaq”.

Havar Şəfiyeva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu rayonumuza 62 sm qar yağdı

Next Post

Global Times: Rusiya-Çin münasibətləri bütün dünyaya fayda gətirəcək

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Global Times: Rusiya-Çin münasibətləri bütün dünyaya fayda gətirəcək

Global Times: Rusiya-Çin münasibətləri bütün dünyaya fayda gətirəcək

Bu marşrut xətti də “Bakı Bus”a verildi

Bu marşrut xətti də “Bakı Bus”a verildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.