Kuleba Zelenskinin “sülh formulu” ətrafında konsolidasiyanı vacib adlandırıb.
Elchi.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkənin tərəfdaşlarını Kiyevin dəstəyini ikiqat artırmağa çağırıb və o, bunu vacib adlandırıb.
“Biz beynəlxalq tərəfdaşlarımızı Ukraynaya hərtərəfli və kritik ehtiyac duyulan dəstəyi ikiqat artırmağa çağırırıq”, – nazir Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda bildirib.
Kuleba həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin daha əvvəl ifadə etdiyi “sülh formulası” ətrafında möhkəmlənməni vacib adlandırıb. Nazirin sözlərinə görə, Kiyev Avropa İttifaqına və Şimali Atlantika Alyansına “hüquqlu üzvlüyə doğru irəliləməyə davam edəcək”.
Şayəstə





