"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Oyuna hazır deyildik – Qurban Qurbanov

24 Fevral 2023 - 14:41
in İDMAN

Həm heyət, həm də sərəncamımızda olan futbolçuların vəziyyəti baxımından oyuna hazır deyildik.
Elchi.az xəbər verir ki, bunu Report-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində səfərdə Belçika klubu “Gent”ə 0:1 hesabı ilə məğlub olduqları matçla bağlı danışarkən deyib.
51 yaşlı mütəxəssis səfərə mərhələ adlamaq üçün yollandıqlarını bildirsə də, rəqibin bəzi komponentlərdə onları üstələdiyini etiraf edib: “Futbolçular qələbə qazanmaq üçün meydanda hər şeyi etdilər. Təəssüf ki, penaltilər seriyası ilə məğlub olduq. Buna baxmayaraq, oyunçularımdan razı qaldım. Belə qarşılaşmalar futbolçuların gələcəyi üçün ancaq faydalıdır. Bu görüş bir daha göstərdi ki, belə böyük turnirlərdə 90 yox, 120 dəqiqə hazır olmaq lazımdır. Avrokubok təcrübəmiz xeyli yaxşılaşıb. Əvvəllər bir hissə oynayırdıq, sonra 60-70 dəqiqəyə gücümüz çatırdı. “Gent”lə görüşdə isə futbolçuların 120 dəqiqə mübarizə aparmağa gücləri çatdı. Rəqibdən çəkinmədən oynadılar. Doğrudur, matçın gedişində bəzi komponentlərdə “Gent” bizi üstələyirdi. İnanıram ki, bu oyun gələcəkdəki avrokubok görüşləri üçün faydalı olacaq”.
Təcrübəli məşqçi penaltilər seriyasındakı yenilgiyə görə futbolçuların çox məyus olduqlarını vurğulayıb: “Paltardəyişmə otağında uzun müddət özlərinə gələ bilmədilər. Hamısı azarkeşlərimizi, xalqımızı sevindirmək istəyirdi. Bu, alınmasa da, maraqlı oyun oldu”.
Q.Qurbanov bəzi futbolçuların formadan uzaq olduqlarını deyib: “Bizə bir müddət ayaq üstə durmaq lazımdır. Düzdür, bəzi oyunçular formalarını yavaş-yavaş bərpa edirlər. Amma belə böyük matçlara tam hazır deyildilər. Buna görə də, matçın gedişində kimsə 45 dəqiqə, kimsə bundan bir az çox meydanda oldu. Komandada disbalans var idi. Yenə də hər şey yaxşılığa doğru gedirdi. Elə dünən də hadisələrin gedişi biz istəyən kimi idi”.
Mütəxəssis heyətdə itkilərin çoxluğunu xüsusi xatırladıb: “İtkilərimizin sayı çox idi. Belə böyük matçlar öncəsi futbolçuların hamısının sağlam olmaması nəticəyə təsir göstərir. Təkcə Kevin Medina və Marko Yankoviçin xidmətindən məhrum deyildik. Filip Ozobiç 3-4 aydır futbol oynamır. Qara Qarayevin iki gün idi ki qızdırması var idi. Sağ olsun, xəstə halı ilə meydana çıxmağa hazır oldu. Onu, ümumiyyətlə, “23-lüy”ə salmamışdıq. Sonda durumu ilə bağlı özündən məlumat alıb belə qərar qəbul etdik”.
O, yeni transferlərin hələ hazır olmamasının məğlubiyyətə təsir göstərdiyini gizlətməyib: “Bu, kiçik səbəblərdən biridir. Uyğunlaşmalarında problem yoxdur. Sadəcə, hazırlıqları istənilən səviyyədə deyil. 7-8 ay idi ki, futbol oynamırdılar. Yaxşı formada olsaydılar, oyunumuzu daha da asanlaşdırardılar”.
Qeyd edək ki, Bakıdakı 1:0 hesablı qələbənin ardından Gentdə eyni hesabla məğlub olan “Qarabağ” oyunsonrası penaltilər seriyasında daha zəif çıxış edərək (3:5) avrokuboklarda mübarizəni dayandırıb.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Trendyol”a qadağa rasional yanaşma deyil… – Deputat

Next Post

Bu tarixdə bütün Qarabağ Azərbaycanın nəzarətinə keçəcək! – Markov

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post
Bu tarixdə bütün Qarabağ Azərbaycanın nəzarətinə keçəcək! – Markov

Bu tarixdə bütün Qarabağ Azərbaycanın nəzarətinə keçəcək! - Markov

Abdullahian Moskvaya gedir

Abdullahian Moskvaya gedir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.