"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Əlilliyə görə pensiyaların verilməsi ilə bağlı ciddi narahatlıq var”

24 Fevral 2023 - 16:38
in XƏBƏR LENTİ

Qüdrət Həsənquliyev: “Şəxsin xəstəliyini Səhiyyə Nazirliyi müəyyənləşdirməlidir”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Birinci oxunuşda “Sosial Sığorta haqqında” qanunla bağlı öz təkliflərimi irəli sürmüşdüm və qeyd eləmişdim ki, konstitusiyanın 38-ci maddəsi sosial təminat hüququ adlanır və həmin maddədə xəstəliyə görə, vətəndaşların sosial təminat hüququnun olduğu qeyd olunur. Amma “Sosial sığorta haqqında” qanunun 4-cü maddəsində xəstəliyə görə sosial təminat hüququ nəzərdə tutulmur. Çox təəssüf ki, hörmətli Musa Quliyev bu məsələyə toxunmadı”.
Bu fikirləri Milli Məclisin plenar iclasında çıxşı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib. Qanunun 19.1-1-ci maddəsi ilə bağlı danışan millət vəkili deyib: “Həmin maddənin ikinci cümləsində bildirilir ki, sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. Yəni qanunda, birinci maddədə deyilir ki, həmin vəsaitlərin başqa məqsədlərə yönəldilıməsinə yol verilmir, amma 19.1-1-də isə deyilir ki, qalıqlar investisiyaya yönəldilə bilər. Amma dəfələlərlə parlamentdə məsələ qaldırmışam ki, dövlət orqanlarının biznes fəaliyyəti ilə məşğul olmasına konstitusiya imkan vermir. İndi hörmətli Musa müəllim deyir ki, yox, bu, belə deyil. Əslində investisiya qoymaq biznes fəaliyyətidir. Konstitusiyanın 59-cu maddəsi “azad sahibkarlıq hüququ” adlanır. Onun ikinci hissəsini olduğu kimi oxuyuram: “dövlət sahibarklıq sahəsində yalnız dövlət maraqlarını, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir”. Tənzimləmə ilə biznes fəaliyyəti fərqli anlayışlardır. Bu investisiya nə qədər az riskli sahələrə qoyulsa da bütövlükdə bunun batma ehtimalı var. Digər tərəfdən, büdcədən də hər il 2023-cü ildə 1,5 milyard manata yaxın sosial müdafiə fonduna vəsait ayrılır. Belə çıxır ki, biz, büdcədən insanların sosial təminatının həyata keçirilməsi üçün vəsait ayırırıq, amma bunu investisiyaya yönəldəcəklər. Burada məntiq varmı? Əgər həqiqətən də, ora çox vəsait yığılsa, büdcədən bir manat vəsait almasalar belə, bunu başa düşmək olar. Burada dünyadan nümunələr gətirilir ki, təcrübədə var. Amma biz bilirik ki, xaricdə özəl sosial sığorta şirkətləri var. Qanunla bizdə əslində dövlət belə şirkətlərin yaradılmasını stimullaşdırmalıdır. Amma bu istiqamətdə heç bir addım atılmır, heç bir iş görülmür. Bundan başqa Musa müəllim hörmətli Afət Həsənovanın qaldırdığı məsələlərə münasibət bildirdi. Əslində Afət xanım tamamilə haqlıdır. Bu real vəziyyəti ictimaiyyətin və müvafiq dövlət orqanlarının diqqətinə çatdırır ki, real həyatda vəziyyət budur. Mən hesab edirəm ki, əslində buna görə, ona təşəkkür düşür ki, problemləri qaldırır. Ona görə ki, bu problemlər insanları ən çox narahat edən məsələlərdən biridir. İkincisi əlilliyə görə, pensiyaların verilməsi ilə bağlı ciddi narahatlıq var və bu barədə dəfələrlə qeyd olunub. Bu məsələni zamanında da qaldırmışam, indi bir daha qaldırmaq istəyirəm. Səhiyyə Nazirliyi, insanların birbaşa sağlamlığı ilə məşğul olan TƏBİB və s. var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təyinatı tamam başqadır. Yəni şəxsin xəstəliyini Səhiyyə Nazirliyi müəyyənləşdirməlidir, həmin forma 88 daxil olmalıdır və onun əsasında da pensiya təyin edilməlidir. Amma biz görürük ki, orada əlavə bir komissiya yaradıblar, sanki dövlət orqanları bir-birinə inanmırlar. Bu da əlavə gərginlik yaradır və insanları dövlət hakimiyyəti orqanlarından narazı salır. Ona görə də həmin komissiyanı ləğv etməyin vaxtı çoxdan çatıb. Əgər Səhiyyə Nazirliyində o formalar düzgün verilməyəcəksə, araşdırmaq və həmin şəxsləri məsuliyyətə cəlb etmək lazımdır. Amma dediyim kimi nəzarətedici orqanların sayını artırmaqla düşünmürəm ki biz, problemləri kökündən həll edə bilərik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İranda böhran: Bu dərmanlar tapılmır…

Next Post

Əmək Məcəlləsinə dəyişiklik edildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Yasamalda divar aşdı: usta öldü

Əmək Məcəlləsinə dəyişiklik edildi

Konfrans Liqası: 1/8 final mərhələsinin püşkü…

Konfrans Liqası: 1/8 final mərhələsinin püşkü…

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.