"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Güc strukturlarının üzərində mütləq mülki nəzarət olmalıdır”

24 Fevral 2023 - 18:49
in XƏBƏR LENTİ

Qüdrət Həsənquliyev: “Azərbaycanda çoxsaylı dövlət orqanları hərbiləşdirilib”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Komitə iclasında bu barədə danışmışdım, plenar iclasda da fikir bildirmyi vacib hesab edirəm. Ümumiyyətlə Azərbaycanda çoxsaylı dövlət orqanları hərbiləşdirilib. Onlar forma geyinirlər. Məsələn prokurorluq, gömrük, vergi, Miqrasiya Xidməti və.s qurumları buna misal göstərmək olar. Mən hesab edirəm ki, bu qədər hərbiləşdirilmiş dövlət orqanlarına ehtiyac yoxdur. Bir çoxu ümumiyyətlə iqtisadi fəaliyətlə məşğuldur”.
Bu fikirləri Milli Məclisin plenar iclasında çıxşı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı səsləndirib.
Millət vəkilinin sözlərinə görə, prokurorluğun ona görə mülki orqan kimi fəaliyyət göstərməsinə ehtiyac var ki, güc strukturlarının üzərində mütləq mülki nəzarət olmalıdır: “Hansısa bir dövlət orqanı əlində silah olan şəxslərin üzərində ciddi nəzarəti təmin eləməlidir. Bu yaxınlarda mən bir materialla tanış oldum. Orada qeyd olunurdu ki, vaxtilə çar rusiyası ordusunda ağqvardiyaçı admiralı güllələməyə aparanda o deyir ki, “burada bizim daxili nizamnaməyə görə, generalı yalnız general güllələyə bilər. Ona görə də mənim ölümümlə bağlı hökmün icra olunmasını yalnız mən əmr verə bilərəm”. Çox təəssüf, Azərbaycanda da belə hadisələr var ki, general çavuşa deyir ki, o biri generalı şillələ. Bunu niyə xatırlatdım? Tutaq ki, bizim hərbi prokurorluğun bir leytenantı sabah polkovniki, generalı da dindirə bilər. Bu müəyən mənada etik olaraq da doğru deyil. Ona görə də, prokurorluq orqanlarının hamısı mülki sturktur olmalıdır. Əlbəttə həmkarlarımdan deyən olacaq ki, dünyanın əksər ölkələrində prokurorluq var. Amma biz bir çox sivil ölkələr üçün müsbət nümunələr yaratmışıq. Bir nüunədə bu olsun. Ümumiyyətlə prokurorluq işçiləri mülki şəxslər olmalıdır və mən düşünürəm onların forma geyinməsinə də ehtiyac yoxdur. O cümlədən də vergi, gömrük, miqrasiya xidməti və.s. Komitə iclasında hörmətli həmklarım Tahir müəllim bir maraqlı fikir söylədi, bildirdi ki, meşəbəyi də prokuror kimi geyinir. Bildirdi ki, bir nəfər meşəbəyi ilə prokuroru dəyişik salmışdı. İndi bu qədər dövlət orqanlarının hamısı forma geyinib şəhərə çıxsalar bu ölkə militarist imic qazanar.
Mən təklif edirəm ki, bu məsələ üzərində düşünək. İndiyə qədər kimlər ki, general və müxtəlif rütbələr alıblar, obnların rütbələri saxlanılsın. Amma gələcək baxımından bu əlbəttə ki, siyasi qərarın omasını tələb edir ki, biz bu məsələlərə baxaq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zəlzələ türk xalqının dəyanətini bir daha sübut etdi

Next Post

Xocalı soyqırımının ildönümü ilə bağlı – Bəyanat

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Xocalı soyqırımının ildönümü ilə bağlı – Bəyanat

Xocalı soyqırımının ildönümü ilə bağlı - Bəyanat

ABŞ Rusiyaya növbəti sanksiya tətbiq etdi

ABŞ Rusiyaya növbəti sanksiya tətbiq etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.