Fransa Türkiyə ilə həmrəy olmaqda davam edir. Zəlzələ baş verəndən qısa müddət sonra Fransanın axtarış-xilasetmə qrupları yardıma getdi.
Elchi.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Tvitter hesabında yazıb.
“Gölbaşı bölgəsində qurulan mobil səhra hospitallarımızda hər gün yüzlərə insan müayinə edilir. Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da onlarla həmrəy olduğumuzu çatdırdım”, – Makron bildirib.
Qeyd edək ki, ötən gün Rəcəb Tayyib Ərdoğan və fransalı həmkarı Emmanuel Makron arasında videoformatda görüş keçirilib.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...




