Çin Rusiyaya pilotsuz təyyarələr və sursat tədarükü imkanını nəzərdən keçirir.
Elchi.az xəbər verir ki, Çin Ukrayna münaqişəsini həll etmək üçün sülh danışıqlarına çağırmaqla yanaşı, eyni zamanda hərbi əməliyyatlarda iştirak etmək üçün Rusiyaya pilotsuz təyyarələrin və artilleriyanın təhvil verilməsi variantlarını nəzərdən keçirir. Bu barədə ABŞ rəsmilərinə istinadən Wall Street Journal (WSJ) yazır.
Eyni zamanda, Amerikanın CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Çin Moskva ilə artilleriya üçün pilotsuz təyyarələrin və döyüş sursatlarının tədarükü ilə bağlı danışıqlar aparır. Eyni zamanda, CNN-in hesabatında aydınlıq gətirilir ki, hazırda Pekin münaqişə zonasına silah tədarükü ilə bağlı yekun qərar qəbul etməyib.
Şayəstə





