İranın Atom Enerjisi Təşkilatının (MAQATE) rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə texnoloji məhsulları ixrac etməyi planlaşdırdığını bildirib.
Elchi.az bu barədə İranın “Mehr” agentliyinə istinadən xəbər verir.
Nüvə sənayesində bir sıra məqsəd və planların qoyulduğunu qeyd edən İslami, nüvə sahəsində qaynaqların inkişaf etdirilməsi üçün universitetlərlə Atom Elektrik Stansiyasının yaxınlaşdırılmasına çağırıb.
“Biz daxili ehtiyacları qarşılamaqla yanaşı, nüvə sahəsindəki texnoloji məhsulları başqa ölkələrə də ixrac etməyə çalışırıq”, – deyə İslami əlavə edib.
Yeganə




