Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Cenevrəyə işgüzar səfər edəcək.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfərin fevralın 27-28-də baş tutacağı vurğulanıb. Mirzoyan BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasının yüksək səviyyəli iclasında iştirak edəcək.





