"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gömrük yeyintilərindəki əsas fiqur azadlığa çıxdı

27 Fevral 2023 - 14:02
in HADİSƏ

Məlum olduğu kimi, ötən ilin yayında Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyatlarda bir sıra yüksək vəzifə tutan generalların rüşvət və korrupsiyaya qurşandığı, müxtəlif qanunsuz əməliyyatlarla dövlətə yüz milyon manatlarla ziyan vurduğu üzə çıxdı. Məhz bu səbəbdən DGK sədri Səfər Mehdiyev vəzifəsindən uzaqlaşdırıldı. Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov, DGK yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru Ehtiram Xəlilov, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov və bir sıra digər yüksək vəzifəli şəxslər həbs olundular. Həmçinin DGK-da yüksək post tutan bir sıra generallar vəzifədən uzaqlaşdırıldılar.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Rəsmi məlumatlara görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov qurumun digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən pulları müvafiq xidmətlər göstərilmədən nağdlaşdıraraq mənimsəyib. Məsum Rəsulovun həmçinin Azərbaycan ordusunun düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçuları üçün “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaretləri Müdafiə Nazirliyinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşı vasitəsilə satışa yönəltdiyi də bildirilir.

“Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Etiram Xəlilov isə gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozmaqda, dövlət mülkiyyətinə keçirilən malları və nəqliyyat vasitələrini real dəyərindən qat-qat aşağı qiymətə rəsmiləşdirmək və satışını təmin etməklə dövlətə külli miqdarda ziyan vurmaqda təqsirli bilinir. O, həmçinin bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət almaqda günahlandırılır.

Bu ilin əvvəlində məhkəmənin qərarı ilə hər iki generalın həbs müddəti uzadılıb və onların işi ilə bağlı istintaq davam edir.

DTX-nin gömrük sistemindəki korrupsiya və digər qanunsuzlarla bağlı keçirdiyi əməliyyatlar zamanı həbs olunan şəxslərdən bir də “Şah kargo”nun rəhbəri, əslən Babək rayonunun Nehrəm kəndindən olan Muxtar Məmmədov idi. Onun adı idxal daşımaçılığı monopoliyasında hallanırdı. Qeyd olunurdu ki, Muxtar Məmmədov son 6 ildə gömrükdən Azərbaycana daxil olan malların rəsmiləşdirilməsində ciddi saxtakarlıqlara yol verib. Belə ki, daxil olan yüklərin real çəkisi sənədlərdə qat-qat aşağı göstərilib. Belə ki, 25-30 ton həcmində yük sənədlərdə 20 ton göstərilib. Bu proses illərlə davam edib. Hər yük maşınında 5-10 ton mal gömrük rəsmiləşdirilməsindən yayındırılıb və nəticədə yüz milyonlarla manat dövlət büdcəsinə ziya vurulub. Məhz bu qanunsuz əməllərinə görə gömrük generalları ilə eyni vaxtda Muxtar Məmmədov da saxlanılmış və onun barəsində 3 aylıq həbs qərarı verilmişdi.

Elchi.az Bakupost.az-a istinadən xəbər verir ki, bu günlərdə Muxtar Məmmədov azadlığa buraxılıb.

Maraqlıdır, DGK rəhbərliyinin, daha dəqiqi, birbaşa Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin rəisi, general Məsum Rəsulovun himayəsi altında və onun göstərişləri əsasında müxtəlif qanunsuz əməliyyatlarda iştirak edən, milyonlarla manat vəsaiti dövlət büdcəsindən yayındıran Muxtar Məmmədov məsuliyyətdən necə yaxa qurtara bilib? Axı, “Şah kargo” ölkədə ən böyük yükdaşımaları həyata keçirən şirkət olub…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Çin: “ABŞ dünyaya izahat verməlidir”

Next Post

İranda ermənilər Azərbaycana qarşı aksiya keçirdi

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
İranda ermənilər Azərbaycana qarşı aksiya keçirdi

İranda ermənilər Azərbaycana qarşı aksiya keçirdi

İran və Ermənistan XİN başçıları Cenevrədə görüşdü

İran və Ermənistan XİN başçıları Cenevrədə görüşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.