“Ukrayna prezidenti Vladimir Zelenski müharibənin dayandırılması və sülh yolu ilə aradan qaldrılmaq üçün addımlar atmalıdır”-bu sözləri Elchi.az-a açıqlamsında Azad Məsiyev deyib.
O həmçinin bildirib:” Bu baxımından Zelenski yeni siyasi situasiya yaratmalıdır ki, qoşulmama hərəkəta üzv olsun. Qoşulma hərəkatına da daxil olmaqla onlar Rusiyanın maraqlarını həyata keçirmiş olur. Təəsüflər olsun ki, Zelenski addımları Amerikanın qurmasıdır. O, Amerikadan gələn bütün təlimatları həyata keçirir. Bu baxımdan münaqişənin uzanması, ABŞ-ın maraq dairəsinə daxildir. Amerikanın düşünən beyinləri prognozlaşdırır ki, iqtisadi sanksiyalarla Rusiya daxilində xaos yaranacaq və bu xaosla ictimaiyyəti qaldırmaqla Putini devirməsinə nail olacaq”.
Siyasətçi bu cürə fikirlər reallıqdan uzaq olduğunu deyib:” Araşdırmalar göstərir ki, Rusiyada biraz iqtisadi problemlər yaşa da da, yeni islahatlar nəticəsində Rubl öz məzənnənin saxlayır, əksinə Avropada böyük infilyasiya baş verir. Əgər Avropanın aparıcı dövləti olan iqtisadi resurslara malik olan Almaniyada infilyasiya gedirsə görün o biri dövlətləri nə gözləyir”.
Havar Şəfiyeva





