Rusiya Melitopol şəhərinə xeyli sayda canlı qüvvə, hərbi texnika və hava hücumundan müdafiə sistemləri yerləşdirir.
Elchi.az xəbər verir ki, bu barədə Melitopol meri İvan Fyodorov məlumat verib.
“Melitopol tamamilə hərbi bazaya çevrilib. Onlar yaşayış komplekslərinin arasındakı peşə-texniki məktəbinin bazasında, keçmiş trikotaj fabrikinin ərazisində yerləşdirilib”, – Fyodorov bildirib.
Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemlərini yaşayış evlərinin yanına quraşdırıb.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...




