Rusiya Prezidenti Vladimir Putin 2016-cı ilin sonu, 2017-ci ilin əvvəllərində hakimiyyətdən gedə bilər.

Axar.az Obozrevatel.com-a istinadən xəbər verir ki, bu sözləri ukraynalı siyasi ekspert Yuri Romanenko bildirib.
Romanenko hesab edir ki, Putin böyük biznesmenlər tərəfindən ya da inqilab nəticəsində devriləcək.
Rusiyada inqilab nəticəsində Putinin devrilməsinin çətin olacağını bildirən Romanenko oliqarxların güclərindən istifadə edərək bu addımı ata biləcəklərini vurğulayıb.



