"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Cəmi 48 yaşı varmış – Nadir Qocabəyli Hacı Şahindən yazdı

02 Mart 2023 - 12:16
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Hamı ilahiyyatçı Hacı Şahin Həsənlinin vaxtsız ölümündən yazır. Həqiqətən ağır xəbər oldu. Cəmi 48 yaşı varmış.
Onu çox az tanıyıram, həyatda heç görməmişəm. Ancaq savadlı və sanballı insan olduğu bəlliydi. Bir neçə çıxışını dinləmiş, müsahibəsini oxumuşam. Sağlam düşüncəli, bilikli bir alim təsiri bağışlayırdı. Üslub baxımından da ənənəvi molla-axundlardan fərqlənirdi.
Xalq arasında xeyli populyar idi. Küçələrdə daim onun lentə yazılmış moizələrini eşidilirdi. Vəfatina münasibətdən, reaksiyalardan da görünür ki, çox sevilən, şöhrətli insandır.
Mənim da bilikli, mədəni, intellektli biri kimi ona hörmətim var. Bu vaxtsız ölümü səmimi kədərlə qarşıladım, hətta kövrəldim, gözlərim doldu. Cavan idi. 48 yaş nədir ki…
Onu perspektivli dini lider kimi görənlər də az deyildi. Bu məsələlərlə yaxından maraqlanmasam da, arabir QMİ sədrliyinə real namizəd olmasıyla bağlı söhbətlər eşidirdim.
Ürək tutmasından öldüyü deyilir. Bu xəstəlik dövrümüzün ən geniş yayılmış bəlalarındandır. Hər adamı yaxalaya bilir və çox da gəncləşib. 45 yaşımda məni də vurdu, amma öldürmədi. Odur ki, bu xəstəliklə bağlı müəyyən təcrübəm var.
İnfarktı əsasən düzgün qidalanmamaq və az hərəkətlə əlaqələndirirlər. Bəli, bunlar doğrudur. Ancaq düşünürəm ki, əsas səbəb stress və yorğunluqdur. Ən əsas səbəb isə yaxşı yatmamaq və dincəlməməkdir. Mənim infarktımın əsas səbəbi gec saatlara qədər gərgin işləmək idi. Bunu ailəmi saxlamaq üçün məcburən edirdim.
Bildiyim qədəri ilə Şahin bəy təminatlı adam idi, yəni belə problemi yox idi. Ancaq stressi, könüllü şəkildə çox çalışması və yaxşı yatmaması ehtimalı ola bilər. Bəzi insanlar xarakter etibarilə buna meyilli olurlar.
Problemlərdən biri də həkimlərin laqeydliyi, məsələyə qeyri-ciddi, ürəkdən yanaşmamalarıdır. Oxudum ki, Şahin bəy gündüz həkimdə olub və evə gəldikdən bir neçə saat sonra keçinib. Dostlar, infarkt heç kəsi qəfil vurmur. Onun özünəməxsus xəbərdarlıqları var. İnsanlar özləri bilməsə də, normal, savadlı və vicdanlı hər bir həkim bunu bilməli, qarşısını almalıdır. Yolları var… Mənə də bir neçə gün qabaq xəbərdarlıq etmişdi. Təcili yardım çağırmışdım, amma başdansovdu yanaşmışdılar. İki gün sonra yenə çağırdım və israr etdim ki, xətəxanaya aparsınlar. Hətta orada da qəbul etmək istəmədilər ki, yer yoxdur. Dava-dalaşdan, xahiş-minnətdən sonra mümkün oldu. Dəhlizə bir çarpayı qoyub, uzandırdılar və sistem qoşdular. Səhv etmirəmsə, “Serukal” adlı dərman idi. Səhər həkim gəlib dedi ki, infarkt olmusan. Amma həssas insan olduğun üçün bərk vurmayıb, yəni tez hiss etmisən. Kürəyimdə elə bir ağrı vardı ki, elə bil məni şallaqla döymüşdülər.
Bunları yazdım ki, müəyyən mənada məlumatlı olaq və özümüzü qoruyaq. Sonrakı dövrlərdə də arabir əsəri gəlib. Amma qarşısını almışam. Əsas odur ki, işə ara vermək, dincəlmək, pəhriz etmək lazımdır. Asta-asta gəzişmək də olar. Bir də çalışın qanınızı duru saxlayın. Aspirin, limon, zəncəfil, sarımsaq, çox olmamaq şərtiylə araq faydalıdır. Həkim təyinatı ilə “klopidogrel” tərkibli preparat da qəbul etmək olar.
Allah Şahin qardaşımıza rəhmət eləsin! Ailəsinə, övladlarına, yaxınlarına, doğmalarına dözüm və səbr diləyirəm. Ağır itkidir. Bütün sözlər və təsəllilər acizdir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu, Azərbaycanın nüfuzunu kəskin artırdı – Mirziyayev

Next Post

İran Rusiya ilə əlbirdir – Şmıqal

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
İran Britaniyaya nota verdi

İran Rusiya ilə əlbirdir - Şmıqal

MEDİA: Youtube kanallarına haker hücumu ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir

MEDİA: Youtube kanallarına haker hücumu ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.