Ulrayna prezidenti Petro Poroşenko 3 saat davam edən mətbuat konfransında ilin yekunları ilə bağlı fikirlərini bölüşüb. Unian.net xəbər verir ki, prezident ölkə gündəminin bütün vacib məsələlərinə toxunub.Seçkilər, Ali Rada və 2015-ci il büdcəsi haqqında
“Ukrayna öz müstəqillik tarixinin ən ağır ilini arxada qoydu. Çoxları məni parlamenti buraxaraq yeni seçki keçirməməkdə qınayırdı. Praktika göstərdi ki, bu düzgün qərar idi. Daha Ukrayna parlamentində təcavüzkarın “beşinci kalon”u və “kommunist satqınlar” yoxdur. Əminəm ki, bizim bu çətin zamanda bütün məsulliyyəti üzərinə götürə biləcək möhkəm Avropayönlü koalisiyamız var”. Prezident çıxışına bu sözlərlə başlayıb.
Poroşenko deyib ki, yeni tərkibli Ali Radanın əsas uğuru Avropa Parlamenti ilə eyni zamanda Avropa Birliyi ilə asossasiya sazişini ratifikasiyadan keçirməsi, lüstrasiya haqqında qanunu və 2015-ci il dövlət büdcəsinin qəbulu olub. Parlamentin ölkənin gələcəyi ilə bağlı meqa-öhdəliyi isə 2016-cı ildə iqtisadi inkişafın təmin edilməsinə yönəlik qanunlar qəbul edilməsidir: “İndi biz iqtisadiyyatı sabitləşdirməli, fərqli investisiya mühiti yaradacaq yeni islahatlara başlamalı, qanunun aliliyinin təmin edilməsi üçün qətiyyətli addımlar atmalı, korrupsiya ilə effektiv mübarizə aparmalıyıq”.
Prezident dövlət büdcəsinin sürətlə qəbul edilməsini tənqid edənlərə də səsələnib:“Mən də dövlət büdcəsinin geniş müzakirəsinin tərəfdarıyam. Ancaq biz büdcəni belə tez qəbul etməsəydik, yanvardan ordu vəsaitsiz qalacaqdı. Təbii, biz büdcəyə zamanın tələbi ilə müyyən dəyişikliklər də edəcəyik. Bu dəyişikliklər sırasında hərbi əməliyyatlarda iştirak edən şəxslərin və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi də olacaq. İnsan döyüşdədirsə, deməli, “döyüş parası” almalı, ailəsinin təminatından narahatlıq keşirməməlidir”.
Könüllülər, ordu, hərbi vəziyyət haqqında
Ukrayna Rusiya işğalı ilə üz-üzə qalanda bəlli oldu ki, ordunun təminatında çox ciddi problemlər var. Rusiyanın uzun illər Ukrayna ordusunda faktiki geniş şəbəkə yaratması isə durumu ən çox gərginləşdirən amil idi. Anbarlarda qida, geyim yox idi, büdcə talan edilmişdi. İlk günlər könüllülərin Ukraynanın müdafiəsi, ərazi bütövlüyünün qorunması üçün etdiyi fədakarlıq heç zaman unudula bilməz. Ancaq bu gün mən tam məsuliyyətimlə bildirirəm ki, biz bir neçə ay içərisində qitənin ən döyüşkən otdularından birini yarada bildik. Rusiya bölgəyə nəzarət etmək üçün Donetsk hava limanını aylardır ələ keçirməyə çalışır. Ancaq Ukrayna ordusunun ərazidəki bölmələri yaxşı təchiz edilib və hava limanı ərazisinin müdafiəsi üçün bütün imkanları var. Biz Minsk sazişinin tələblərini yerinə yetiririk – havaya atılan atəşlərin heç birinə cavab verilmir. Ancaq silahlı qüvvələrin bölmələri hədəf götürüləndə atəş nöqtəsi gərəkli cavabı almalıdır və alır. Bu haqqı heç kim Ukrayna ordusundan ala bilməz. Rusiya təcavüzü davam edir və biz iqtisadiyyatımızı “savaş ovqatına” kökləməliyik. Təhlükəsizlik Şurasının son iki toplantısı bununla bağlı olub. Əgər savaşın dinc yolla nizamlanması prinsipləri pozulsa biz alternativ planlarımızı işə salacağıq. Əgər hərbi əməliyyatlar yenidən intensiv xarakter alsa, Ukraynada hərbi vəziyyət elan ediləcək”.
Poroşenko deyib ki, konfliktin nizamlanması yalnız Minsk razılaşması əsasında baş verə bilər:“Biz prinsiplərimiz açıq bildirmişik – Ukraynanı ərazi bütövlüyü təmin edilməlidir. Yaxın günlərdə daha 150 Ukrayna hərbçisi girovluqdan azad edilib. Yarım il idi onların azad edilməsindən imtina olunurdu. Onlardan bir neçəsi haqqında “ölüm hökmü” çıxarılmışdı. Onların arasında könüllülər batalyonlarında Ukrayna torpaqlarının müdafiəsinə qalxan mülki şəxslər, Milli Qvardiyanın döyüşçüləri də var. Uzun sürən danışıqlardan sonra biz onları xilas edə bildik. Yeni ili onlar evlərində ailələri ilə birgə keçirdilər. Buna çox şadam”.
Krım məsələsi
Prezident Poroşenko deyib ki, Rusiya qoşunlarını münaqişə başlayana qədər və indi hüquqi yöndən Ukrayna torpaqları olan bütün ərazilərdən çəkməlidir: “Belə təssəvvür yaradılır ki, söhbət yalnız aktiv hərbi əməliyyatlar gedən şərq vilayətlərindən gedir. Bu zaman Krımın taleyi açıq qalır. Krım azad edilməlidir. Biz Rusiyanın işğal etdiyi Krımı blokadaya almırıq, ölkəmizi baş verə biləcək terrorizmdən qorumağa çalışırıq, təxribat qruplarının Ukraynaya gilməsinin qarşısını alırıq. Biz blokada yaradaraq əraziyə basqı göstərmək niyyətində deyilik. Əksinə, çalışırıq ki, oradakı Ukrayna vətəndaşlarının müdafiəsini təmin etmək üçün mümkün olanları edək”.
Biznes və siyasətçi oğul haqqında
Jurnalistlərin şəxsi biznesi haqqında suallarını cavablandıran Petro Poroşenko deyib ki, sahib olduğu “5-ci kanal”ı satmaq fikri yoxdur: “Buz haqda heç bir vədim olmayıb. Fikir verirsinizsə, hökuməti ən çox tənqid edən də elə “5-ci kanal”dır. Telekanal informasiya siyasətinə cavab verir. “Roshen”ə gəlincə, mən artıq bu şirkətin fəaliyyətinə müdaxilə edə bilmərəm. Çünki müqaviə əsasında şirkət üzərindəki bütün haqlarımı etimad fonduna vermişəm”.
Poroşenko majoritar qaydada Ali Radaya seçilən oğlu Aleksey Poroşenko haqqında sualları qısa cavablandırıb: “O, müstəqil siyasətçidir. Siyasi fəaliyyəti ilə bağlı qərarları özünə aiddir. Aleksey majoritarlar siyahısında seçkin bir şəxs deyildi. Ancaq seçicilər ona etimad etdilər”.
Baş Prokurorluq haqqında
Prezident Poroşenko deyib ki, Ukrayna Baş Prokurorluğunun və baş prokurorun fəaliyyətindən razı deyil: “Korrupsiya ilə mübarizə tədbirləri daha effektiv aparılmalı idi. Yaxın zamanlarda Antokorrupsiya Bürosunda ciddi dəyişikliklərə hazırlaşırıq. Bu məsələ ilə bağlı işimizi ən yaxşı beynəlxalq təcrübə əsasında quracağıq. Əminəm ki, qısa zamanda Ukraynada antokorrupsiya tədbirlərinə immuniteti olan bir nəfər də qalmayacaq”.
Yanvar planları
Prezident bildirib ki, Ukrayna böhranının nizamlanması üçün “Normand formatı” bu dəfə Astanada görüşəcək: “Yanvarın 15-də Qazaxıstanda Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransual Olland və Rusiya dövlət başçısı Vladimir Putinlə danışıqları davam etdirəcəyik. İndi xarici işlər nazirləri görüşün gündəliyini hazırlamaqla məşğuldur. Biz ABŞ-ın, Avropa Birliyi liderlərinin iştirakını da nəzərdə tutan “Cenevrə formatı”na da qayıtmağı gərəkli sayırıq. Bu haqda mən ABŞ prezidenti Barak Obama, Avropa Birliyinin yeni rəhbəri Jan Klod Yunker və Donald Tuskla məsləhətləşmələr aparmışam”.
Prezident bildirib ki, liderlərlə danışıqlar münaqişənin dinc yolla nizamlanmasına böyük ümidlər yaradır.



