Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, Moskva “Şimal axını”nda baş verən partlayışlarla bağlı araşdırma aparılmasını istəyib, lakin “bu tələb dərhal rədd edilib”.
Elchi.az xəbər verir ki, Moskva Qərb ölkələrinə bir daha “qaz kəmərlərini partlatmağa” imkan verməyəcək. Belə bir bəyanatla cümə günü, martın 3-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov beynəlxalq politologiya konfransı zamanı çıxış edib.
“Biz onların qaz kəmərlərini bir daha partlatmasına imkan verməyəcəyik”, – Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Lavrov xatırladıb ki, Moskva daha əvvəl “Şimal axını” və “Şimal axını 2”də baş verən partlayışlarla bağlı araşdırma aparılmasını xahiş edib, lakin “dərhal bu tələb rədd edilib”. “Amerikalılar bunu “cəfəngiyyat” adlandırdılar və Seymur Herş öz nəticələrini dərc edəndə siz avropalıların və amerikalıların reaksiyasını gördünüz”, – Rusiya XİN rəhbəri bildirib.
Şayəstə






