"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Baxın, kasıb insanların lənətini qazanmış hökumət üzvlərini hədəfə gətirən var?!”

04 Mart 2023 - 20:57
in Cebhe-banner, FLƏŞ, MANŞET, MÖVQE, ÖNƏMLİ

“Hökumətin içində də güclü hakimiyyəti vəzifələri üçün təhlükə sayanlar var”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

“Bu, tamah məqsədilə törədilmiş qəsdən adamöldürmə cinayəti də ola bilər, ictimai təhlükəsizliyi pozmaq təhdidi ilə siyasi qərarların qəbuluna nail olmaq üçün törədilən terror aktı da”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ətrafında Moderator.az-ın bir neçə sualını cavablandırıb.

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, dövlət və ictimai təhlükəsizliyə cavabdeh olan şəxslərə qarşı aparılan gözdənsalma kampaniyası ilə BRAVO supermarketdə baş vermiş qətl hadisəsi arasında hansısa əlaqənin ola biləcəyi barədə sosial şəbəkələrdə yayılan informasiyaların həqiqət payı nə qədər ola bilər?

– Mən basqın zamanı qətlə yetirilmiş Rüfət Həşimova Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir, yaralananlara şəfa deləyirəm. Cinayət işinin istintaqı zamanı heç bir fərziyyə diqqətdən kənarda saxlanılmamalııdr. Bu, qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən tamah məqsədilə törədilmiş qəsdən adamöldürmə cinayəti də ola bilər, ictimai təhlükəsizliyi pozmaq təhdidi ilə siyasi qərarların qəbuluna nail olmaq üçün törədilən terror aktı (terrorçuluq) da. Cinayətin digər motivlərlə törədilməsi fərziyyələri də istisna olunmamalı və araşdırılmalıdır. Ümid edirəm hüquq-mühafizə orqanları tezliklə, isti izlərlə cinayətin üstünü açacaq və biz əsl həqiqətin nə olduğunu biləcəyik.

– İranda səfirliyimizə avtomat silahla basqın hər birimizi hiddətləndirmiş və çoxlu suallar doğurmuşdu. Həmin suallardan biri də bu idi ki, qatil silahı necə əldə edib? Eyni sual indi bizim özümüzə ünvanlana bilərmi?

– Ola bilsin həmin sualın bizə də ünvanlanması üçün bu qətl törədilib. Bunu yeri gəlmişkən, bir fərziyyə kimi dedim. Silah qaçaqmalçılıq yolu ilə də ölkəyə gətirilə bilər. O da nəzərə alınmalıdır ki, 1988-1995-ci illərdə, dövlət hakimiyyətinin zəif olduğu vaxtlarda, Qarabağ uğrunda döyüşlər zamanı özünümüdafiə batalyonlarının üzvlərinin bir çoxu atəşkəs dövründə silahları təhvil verməmişdi. Sonralar hüquq-mühafizə orqanlarının ciddi səyləri nəticəsində həmin silahlar əhalidən yığıldı, amma həmin silahlardan hələ də əllərdə qalma ehtimalı var.

– Dövlət və ictimai təhlükəsizliyə görə cavabdeh olan şəxslərin hədəfə gətirilməsi hansı maraqlardan doğa bilər?

– Fikir versəniz, görərsiniz ki, kim daha çox hədəfə gəlir, Prezident, Birinci vitse-prezident, DİN və DTX. Çünki ölkəmizin qarşısında duran problemlərin həlli üçün siyasi qərarları birinci iki şəxs qəbul edir, sonuncu iki strukturun rəhbəri isə dövlət və ictimai təhlükəsizliyi təmin etməklə həmin siyasətin həyata keçirilməsinə şərait yaradır. Baxın, kasıb insanların lənətini qazanmış hökumət üzvlərini hədəfə gətirən var?! Prezident bəyan edib ki, 2023-cü il Qarabağ üzərində dövlət suverenliyinin bərpası üçün həlledici il olacaq. Ona görə düşmənlər, münaqişəni qoruyub saxlamaq istəyənlər bütün istiqamətlərdə canlanıb. Xaricdən fit çalınıb və bəlli qrup hərəkətə keçib. Hökumətin içində də güclü hakimiyyəti vəzifələri üçün təhlükə sayanlar var. Bunun üstünə daxili intriqaları da gəlsək, real mənzərinin səbəbləri bəlli olar.

– Bəlli dairələr bəlli kontingentdən istifadə etməklə nəyəsə nail ola bilərmi?

– İstifadə olunan material o qədər dəyərsizdi ki, onlar yalnız daha çox nifrət qazana bilərlər. Daxili İşlər Nazirinin üstünə birini buraxmışdılar, bəzi həqiqətlər üzə çıxandan sonra insanlar onun adını çəkməyi belə öz ləyaqətlərinə sığışdırmırlar. Eləcə də digərlərinin. Nobel mükafatı laureatı Bernard Şou deyirdi ki, mən donuzlarla mübarizə aparmamağı çoxdan öyrənmişəm, çünki əksi olursa donuzların çirkabı sənə bulaşar, bu da onların xoşuna gələr. Biz də bunu öyrənməliyik.

– Sonda bir məsələyə də münasibət bildirməyinizi istərdik. Türkiyədə Meral Akşener niyə Millət İttifaqından çıxdı? Namizədin kim olması bu qədərmi önəmli idi? Axı, onun adını çəkdiyi şəxslər belə Kılıçdaroğlunun partiyasındandır və onu müdafiə edir.

– O bunu təmsil olunduğu Millət İttifaqının seçkilərdə uğur qazana bilməyəcəyinə əmin olduğu üçün AKP ilə işbirliyinə gedib CHP daxilində təfriqə yaratmaq məqsədilə edə bilər. Xatırlayırsınızsa, bizdə 2003-cü il prezident seçkiləri zamanı Əli Kərimli də iqtidarla iş birliyinə gedib onunla birgə hakimiyyətdə təmsil olunmuş İsa Qəmbərin xeyrinə yox, onun səslərini parçalamaq üçün Elçibəyi hakimiyyətdən devirmiş qiyamçılara dəstək verməsinə görə itiham etdiyi Etibar Məmmədovun xeyirinə namizədliyini geri götürdü.

Meral Akşener 5 il sonra haqqında da nələrsə düşünüb belə qərar verə bilər. Amma o Kılıçdaroğlunu müdafiə etsəydi belə, Millət İttifaqının uğur qazanacağına ümid yox idi, çünki Türkiyənin dünyada hər kəsin hesablaşdığı xarizmatik lider olan Ərdoğana daha 5 il ehtiyacı var.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev fərman imzaladı

Next Post

Rusiya İrana taxıl ixracını dayandırdı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Next Post
Rusiya İrana taxıl ixracını dayandırdı

Rusiya İrana taxıl ixracını dayandırdı

FHN zəlzələ zonasında 2639 nəfərə tibbi xidmət göstərdi

FHN zəlzələ zonasında 2639 nəfərə tibbi xidmət göstərdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.