Amerika hərbi texnikası Yunanıstanın Aleksandrupolis limanına çatıb.
Elchi.az xəbər verir ki, bu barədə limanın rəhbəri Konstantinos Hadjimihail “Twitter” səhifəsində məlumat verib.
“Biz Avropa və Afrikada ABŞ-ın hərbi texnikası tutumları üçün rotasiya əməliyyatlarına başlayırıq”-, deyə Hadjimihail qeyd edib.
Avadanlıq “Liberty Pride” nəqliyyat gəmisində gətirilib. O, Bolqarıstan və Rumıniyaya göndəriləcək. Qeyd olunur ki, nəqliyyat gəmisi təchizat və avadanlıqları yüklədikdən sonra gələn həftənin ortalarında Qara dəniz sahilinə yola düşəcək.
Qeyd edək ki, Amerika hərbi bazası Aleksandrupolisdə 2021-ci ildən fəaliyyət göstərir.
Yeganə






