"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prosineçki: “Qarabağ”ın “İnter”in qapısına vurduğu təmiz qol qeydə alınsaydı… – MÜSAHİBƏ

03 Yanvar 2015 - 02:24
in XƏBƏR LENTİ

ProsineckiMilli komandasımızın baş məşqçisi Robert Prosineçki ölkəsinin “Jutarnji List” nəşrinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, hazırda vətəni Xorvatiyada olan 46 yaşlı mütəxəssis yığmamızla və Azərbaycan futbolu ilə bağlı fikirlərini bildirib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

– Azərbaycandan hansı təəssüratlarla qayıtmısınız?

– Parlaq… Bakı və ölkənin digər bölgələri həqiqətən gözəldi. Bakı fenomenal şəhərdi və mənə xüsusi maraq oyadan futbol infrastrukturu, stadionlar və məşq meydanları həqiqətən də böyükdürlər. Hazırda tikilən böyük stadion may və ya iyun ayında tamamlanacaq. Azərbaycan demək olar ki, yüksək templə inkişaf etmiş bir ölkədi. Bütün dünyanı gəzmişəm. Bakı baş çəkdiyim şəhərlər arasında ən gözəllərindəndi. Orada hər şey əla görkəmdədir, insanlar mehribandırlar.

 

– Bəs ölkə çempionatı?

– Yaxşı. Çox yaxşı. Hardasa Xorvatiya liqası səviyyəsindədi. Çoxlu sərmayə qoyulur. Yüksək liqada 10 komanda mübarizə aparır. “Qarabağ” az qala Avropa Liqasında “Dnepr”, “Sent-Etyen” və “İnter”lə mübarizədə növbəti mərhələyə çıxacaqdı. Əslində “İnter”in qapısına vurduğu təmiz qol qeydə alınsaydı, çıxacaqdı da. Azərbaycanda futbol yüksək sürətlə inkişaf edir. Xorvatiyaya 0:6 hesablı məğlubiyyət onlar üçün ağrılıdır, amma bu, yerli futbolun və milli komandanın əsl görkəmi deyil. Hər halda, indiyədək gördüklərim bunu göstərir. Xüsusən, aşağı yaş qruplarında keyfiyyət və potensial var. Onlar Avropanın elit-raunduna vəsiqə qazanıblar. Azərbaycanda idman fərdi növlərdə – güləş, boks və cüdoda daha güclüdür. Onlar son olimpiadada 10 medal qazanıblar. Bununla yanaşı, futbolun da güclü olmasını istəyirlər. Mən də öz məşqçilər heyətimlə bunun öhdəsindən gələcəyimizi düşünürəm.

 

– Hazırda Azərbaycan milli komandasının yerini harada görürsünüz?

– Onların Berti Foqtsla bumları olub. Əvvəlki seçmə mərhələlərdə yaxşı oynayaraq, çoxlu xal qazanıblar. Məsələn, Rusiya millisi ilə görüşdə çox yaxşı çıxış ediblər. Bu komandaya heç vaxt yuxarıdan aşağı baxmaq olmaz. Yenə deyirəm, kifayət qədər sərmayə qoyulur, yaxşı çempionatları var. Onların problemləri Avropada oynayan çoxlu futbolçularının olmamasıdır. Lakin gördüklərimə əsaslanaraq, yaxşı potensiala malik güclü çempionatlarının olduğunu deyə bilərəm. Onları hansısa ölkə yığması ilə müqayisə etmək istəməzdim. Amma seçmə mərhələdəki 0 xal Azərbaycan futbolunun əsl görkəmi deyil.

 

– Siz yığmanın oyun üslubunu müəyyənləşdirmisiniz?

– Düşünürəm ki, biz daha yaxşı oynaya biləcəyimizə ümid edirik. Fikrimcə, qrupdakı hansısa komandanın işini çətinləşdirməyi bacararıq. Əlbəttə, biz İtaliya, Xorvatiya və digər aparıcı yığmalarla müqayisə oluna bilmərik. Lakin biz yaxşı mənada davamlılığı təmin etməyə qadirik. Bunu İtaliya ilə görüşdə hardasa gördük. Mənim baxışım sadədi. Bir neçə gənc futbolçunu gördüm. Onların super potensialı var və yığmaya çağırılacaqlar. Digər tərəfdən, komanda yaxşı vəziyyətdə deyil, çünki qrupdakı 4 oyunun hamısını uduzub. Özümə əminlik var ki, hər bir komandaya qarşı oynaya bilərik. Daha çətin mərhələyə qədəm qoyuruq. Əvvəlki 4 oyunla müqayisədə, daha aqressiv oynamağa çalışacağıq. Hədəfimiz daha yaxşı və keyfiyyətli oyun sərgiləməkdir. Əlbəttə, burada oturub danışmaq asandı. Dediklərimizi həyata keçirmək lazımdı. Bununla belə, klublarda hədəflərə nail olmağa qadir kifayət qədər oyunçu yoxdu. Amma üstünlükləri hələ də daha yaxşısına can atmalarıdı. Mənə bu keyfiyyətlər bacarığımızdan da artığına nail olmaq və 2018-ci il dünya çempionatının seçmə mərhələsində rəqabətədavamlı komandaya çevrilmək üçün lazımdır.

 

Xorvatiya Avropa çempionatında bu qrupun sevimlisi idi?

– İtaliya ilə bu son matça baxsaq, biz demək olar ki yaxşı oynadıq. Konte Braziliyadakı mundialdan sonra yeni bir komanda yaratdı. Xorvatiya qrupda lider və ya 2-ci ola bilər.

 

– Dünya çempionatından sonra Xorvatiya yığması daha yaxşı oynayır. Millidə nə baş verdi?

– Komanda Braziliyadan qayıdandan sonra hər kəs Niko Kovaça qarşı danışdı. Malta və Bolqarıstanla görüşdən sonra da bu, yenidən belə oldu. Lakin Azərbaycan millisi üzərində qazanılan 6:0 hesablı qələbədən sonra hər şeyin yollunda olduğu müəyyənləşdi. Xorvatiyanın keyfiyyətli komanda olması İtaliya ilə matçdan sonra dada da dəqiqləşdi. Biz daha çox istərik? Amma biz istədiklərimiz bəzən real deyil. Bir çox hallarda, bu, yalnız futbol söhbəti deyil, biz real deyilik.

 

– Hazırlıq planınız necədi?

– Fevralda 6 günlük təlim-məşq toplanışımız olacaq. Bu, Malta ilə seçmə oyuna hazırlıq xarakteri daşıyacaq. Yanvarda isə Azərbaycanın 8 komandası Türkiyədə təlim-məşq toplantısına yollanacaq. Həmin müddətdə mən orada olaraq, xeyli məşqə və oyuna baxacağam. Bakıya isə yanvarın 3-də gedəcəyəm.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsveçdə məscidlərin yandırılmasına qarşı etiraz

Next Post

Qızları bir işarə ilə yoldan çıxardı – VİDEO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Qızları bir işarə ilə yoldan çıxardı - VİDEO

Neft sürətlə ucuzlaşır

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.