“Kənd təsərrüfatı sahəsindəki islahatlarda son vaxtlar yalnız aqroparkların yaradılmasını müşahidə olunur. Aqroparklar yarandığı dövrdən ümidləri doğrultmalıdır”-bu sözləri Elchi.az-a müsahibəsində iqtisadçı-ekspert Akif Nəsrli deyib.
” Aqroparklar yaradılmasından 5-6 il əvvəl məmurları iddia eləyirdilər ki, aqroparkların yetişdirildiyi ərzaq buğdası idxalının azaldılmasına gətirib çıxaracaq. Ötən il aqroparklar cəmi 132000 ton ərzaq buğdası istehsal edib. Azərbaycanın ərzaq buğdasına olan tələbatı təxminən 2,2 million tondur. Aqroparklar 5 ildən sonra ölkənin yerli tələbatının 0,6-0,7 faizi qədər ərzaq buğdası istehsal eləyir”.
Aqroparkların yaradılmasından narazıçılıq edən iqtisadçı
Azərbaycanda 2023-cü ildə daha 51 aqropark yaratmaq fikrində olduğunu qeyd edib. O, buna etiraz olaraq bildirir:”Yaradılan 51 aqropark əgər özünü doğrultmayıbsa , yeni 51 aqroparkın yaradılmasına ehtiyac yoxdur. Mən hesab edirəm ki, Azərbaycan hökuməti kənd təsərrüfatına əsaslı investisiya qoyulmalı, o əsaslı investisiyanın böyük əksəriyyəti özəl sektora ayrılmalıdır”.
Havar Şəfiyeva





