"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu il Azərbaycandan 22 xarici şirkət qovulub

26 İyul 2014 - 08:52
in FLƏŞ

Hökumət 100 faizli xarici kapitallı müəssisələri sıxışdırır və onların yerini birgə müəssisələr tutur;img1506954 yerli şirkətlər daha çox Türkiyə şirkətləri ilə birgə müəssisələr yaradır

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

1995-2013-cü illərdə Azərbaycan iqtisadiyyatına 83,8 milyard dollarlıq xarici investisiya yatırılıb. Xarici investisiyaların 58,2 faizi neft sektorunun payına düşür. Bu müddətdə Azərbaycana ən çox investisiyanı Böyük Britaniya şirkətləri yatırıb – 18 milyard dollar. Sonrakı yerləri Amerika Birləşmiş Ştatları (7 milyard dollar) və Yaponiya (4 milyard dollar) tutur.

1995-2013-cü illərdə Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiyanı Türkiyə şirkətləri yatırıb. Qeyri-neft sektoruna yatırılan investisiyaların 26 faizi Türkiyənin, 16 faizi Böyük Britaniyanın, 12 faizi isə ABŞ şirkətlərinin payına düşür.
Hazırda Azərbaycanda  xarici kapitallı 6 min 857 şirkət fəaliyyət göstərir. Bunun 36 faizi Türkiyə, 8,3 faizi Rusiya, 7,8 faizi Böyük Britaniya kapitaldır. Xarici şirkətlər podratçı qismində layihələrə daha çox cəlb edilir. Türkiyə şirkətləri Azərbaycanda 153 layihə üzrə 10,4 milyard dollarlıq, Çexiya şirkətləri  6 layihə üzrə 2 milyard dollarlıq, Fransa şirkətləri 22 layihə üzrə 1,8 milyard dollarlıq iş görüblər.
Bu dövrdə Azərbaycan şirkətləri öz növbəsində Türkiyə, Gürcüstan, Rusiya, Çernoqoriya, Serbiya və sair ölkələrə investisiya yatırıblar.
Göründüyü kimi, Azərbaycan iqtisadiyyatı 1995-2013-cü illərdə daha çox      Avropa iqtisadiyyatı ilə bağlı olub. Bu gün Azərbaycanın investisiya bazarında Rusiyanın payı cəmi 8 faizdir ki, bu da ən yaxın qonşu sayılan böyük dövlət üçün çox pis göstəricidir.
 Belə çıxır ki, Rusiya Azərbaycan iqtisadiyyatına iqtisadi alətlərlə təsir gücünü itirib. Bununla da Rusiyanın təklif etdiyi Avrasiya İttifaqı, eləcə də Gömrük İttifaqı layihəsinin Azərbaycan üçün elə bir əhəmiyyət kəsb etmədiyi üzə çıxır. Bu müddətdə Azərbaycan iqtisadiyyatı Avropa iqtisadiyyatına xeyli dərəcədə inteqrasiya edə bilib.
Bununla belə, Azərbaycanda Avropa kapitalının tam təhlükəsizliyi hələ tam təmin edilməyib. Bu ilin birinci yarısında Azərbaycanda 100 faiz xarici kapitallı 22 şirkət və 2 birgə şirkət ləğv edilib. Doğrudur, bunun əvəzinə yeniləri yaradılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən Azərbaycanda 222 müəssisə hüquqi şəxslərin dövlət reyestrindən çıxarılıb. Bunun 39-u dövlət müəssisəsidir. Altı ayda 4097 özəl şirkət yaradılıb. Bunun 350-si xarici kapitallıdır.
Ancaq etiraf edək ki, ölkəni daha sanballı şirkətlər tərk edib.  Hökumət ölkənin metallurgiya sənayesinə 300 milyon dollar sərmayə yatıran Hollandiyanıın “Fondel” şirkəti ilə yollarını ayırdı. Ardınca isə paytaxtın enerji təchizatı ilə məşğul olan “Barmek” şirkəti ilə “vidalaşdı”. Hər iki şirkətlə uzun müddətə bağlanmış müqavilə Azərbaycan tərəfinin təşəbbüsü ilə pozuldu. Bunun ardınca, “Azpetrol” Neft Şirkətinin hollandiyalı təsisçilərinin payları da məhkəmə qaydasında əlindən alındı.
Hazırda Azərbaycanda 100 faiz xarici kapitallı  5194 şirkət və yerli kapitalın da iştirak etdiyi 1 676 şirkətin filial və nümayəndəliyi var.
“Turan”ın məlumatına görə, xarici kapitallı şirkətlərin üçdə biri Türkiyənin payına düşür. Ardınca Böyük Britaniya (9,6 faiz), Rusiya (7,1 faiz), İran (5,6 faiz), ABŞ (3,9 faiz), Almaniya (2,3 faiz) gəlir. Xarici kapitallı şirkətlər əsasən tikintidə  (1048), emal sənayesində  (590) və ticarətdə (1893) çalışır.
Son illərin tendensiyası göstərir ki, hökumət 100 faizli xarici kapitallı müəssisələri sıxışdırır və onların yerini birgə müəssisələr tutur. Ancaq bütün hallarda fakt budur ki, böyük neft gəlirlərinə baxmayaraq Azərbaycan hələ də xarici sərmayələrə ehtiyac duyur. Çünki daxili resurslar nə qədər çox olsa belə, investisiya ehtiyacının ən yaxşı halda 30-35 faizini ödəyir. Bu baxımdan hökumət xarici investisiyaları qorumaq zorundadır.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

6000 İraq vətəndaşını qətlə yetirib- İŞİD

Next Post

Ziya Məmmədovun qürubunun şok səbəbi

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post

Ziya Məmmədovun qürubunun şok səbəbi

AZAL prezidentinə yaxın biznesmen həbs olundu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.