"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nersisyanın Bakıya şok şərti: “danışığa” Mirzəyev gedəcək

08 Mart 2023 - 10:28
in SİYASƏT

Qarabağda erməni separatçı-terrorçuların bir-birinin ardınca təxribatçı fəaliyyətinin əsl hədəfi bəlli olub.
Elchi.az xəbər verir ki, Azərbaycan nümayəndələrinin erməni icması ilə görüşlərini və inteqrasiya prosesini dayandırmağı məqsəd seçən separatçılar bu görüşləri “tərəflər arasında danışıq” kimi təqdim etməyə və şərtlər irəli sürməyə başlayıblar.
Ötən gün separatçıların lideri Araik Arutyunyanın “müşaviri” David Babayan Azərbaycana inteqrasiya prosesinə qoşulan insanları qətlə yetirməklə hədələyib, bunun ardınca isə “yeni dövlət naziri” Qurgen Nersisyan açıqlama verərək, danışıqlara “razı olmayacaqlarını” bildirib.
“Yaxın günlərdə Azərbaycan nümayəndələri ilə görüş və müzakirə olmayacaq. İstənilən müzakirə üçün şərtlər və nəticə olmalıdır”, – o deyib.
Nersisyan iddia edib ki, “görüş naminə görüş” keçirmək fikirləri yoxdur:
“Görüş konkret məsələlərin müzakirəsi üçün keçirilməlidir. Top Azərbaycandadır və Azərbaycan öz öhdəliklərini yerinə yetirməlidir”.
Onun sözlərinə görə, yalnız Laçın yolu açıldıqdan sonra Azərbaycan nümayəndəsi ilə danışıqlar masasına otura bilərlər:
“Əgər Azərbaycan öz öhdəliyini yerinə yetirmirsə, hansı müzakirədən söhbət gedə bilər? Bakı müharibənin nəticələrindən və müharibədən sonrakı vəziyyətdən istifadə edərək, mümkün qədər çox tələblər irəli sürməyə çalışır. Amma bizim də qırmızı xətlərimiz var və biz hansı məsələlərin müzakirə oluna biləcəyini, hansıların müzakirə olunmayacağını göstəririk”.
Nersisyan “Qarabağ probleminin həlli üçün istənilən danışıqlara hazır olduqlarını” da vurğulayıb və bu sözlərlə guya danışıqların tərəfi olduqlarını göstərməyə çalışıb. Buna baxmayaraq, danışıqlarda “balansın saxlanılması, beynəlxalq status alması və nəticənin olması üçün” üçüncü tərəf və tərəflərin iştirakından da bəhs edib.
“Azərbaycanın davamlı olaraq Qarabağın tabeliyindən danışması artıq onu göstərir ki, Bakının bu məqsədə çatmaqda problemləri var” – deyən Nersisyan iddia edib ki, əvvəlki görüşlərdə texniki və ya infrastrukturun rahat işləməsi ilə bağlı məsələlər müzakirə olunub, bu isə Azərbaycanın öz məqsədlərinin həyata keçirilməsinin mümkünsüz olduğunu başa düşməsi deməkdir:
“Son görüşlə bağlı Azərbaycan hansısa inteqrasiya ilə bağlı bəyanat yaymışdı, lakin biz qərara gəldik ki, müzakirələr və ya təmaslar yalnız mövcud problemlər ətrafında aparıla bilər. Bunlara qaz və elektrik enerjisinin verilişində maneələrin aradan qaldırılması, eləcə də yolun açılması daxildir”.
O, hətta 2022-ci il dekabrın əvvəlində azərbaycanlı mütəxəssislərin mədənlərə girişinə icazə verilməsini “konstruktiv mövqe” ilə izah edib və dərhal da deyib ki, biz bu mövqedən imtina etdik. Nersisyan bu imtinanın səbəbini məntiqlə aydınlaşdıra da bilməyib.
Xatırladaq ki, Laçın yolunda 12 dekabr 2022-ci ildə başlayan və hələ də davam edən aksiyanın səbəbi də ermənilərin bu pozucu fəaliyyəti, monitorinqə imkan verməməsi, mədənlərin talanması, ətraf mühitə sağalmaz ziyan vurulması və sərvətlərimizin ölkədən daşınması, əvəzində isə separatçılar üçün silah-sursat gətirilməsidir.
Nersisyan yekun olaraq bu şərtlərlə Azərbaycanın danışıqlar prosesinə qoşulması üçün “beynəlxalq təzyiqdən” istifadə edilməsi gərəkdiyini bildirib.
Qeyd edək ki, Qarabağdakı separatçılar Azərbaycan Milli Məclisinin deputatının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşləri “Bakı ilə danışıqlar” statusuna qaldırmaq və özlərini tərəf kimi göstərmək istəyirlər və bu istiqamətdə də təbliğat aparırlar.
Halbuki Azərbaycan deputat səviyyəsində nümayəndə göndərməklə, erməni icması ilə yalnız inteqrasiya məsələsini müzakirə edir. Erməni separatçıların bundan sui-istifadə edəcəyi təqdirdə isə “danışıqları” artıq deputat Ramin Məmmədov aparmayacaq, Hirmət Mirzəyev aparacaq.
Hikmət Mirzəyev isə “danışıq apara” bilmir, amma erməniləri başa salmağı əla bacarır…

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Laçın yolundakı aksiyası 87 gündür davam edir

Next Post

Krımı azad etmək asandır, yoxsa Donbası? – Ekspert

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Krımı azad etmək asandır, yoxsa Donbası? – Ekspert

Krımı azad etmək asandır, yoxsa Donbası? - Ekspert

Gəncədə ata və 2 övladı dəm qazından zəhərləndi

Gəncədə ata və 2 övladı dəm qazından zəhərləndi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.