Bu gün Krımı azad etmək Donbasdan daha asandır.
Elchi.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Ekspert fikirlərini hər iki bölgənin coğrafi cəhətdən fərqli yerlərdə yerləşməsi ilə əsaslandırıb:
“Çünki Krım yarımadadır. Əgər uzaq mənzilli sistemlərdən istifadə edilərsə, o, tamamilə atəş nəzarətinə götürülə bilər. Operativ şəkildə mühasirəyə alınar. Yarımadanı Ukrayna Silahlı Qüvvələrinin atəş nəzarəti altına aldıqdan sonra Rusiya qoşunlarının orada qalması zaman məsələsi olacaq. Donbasla isə daha çətin olacaq, çünki Rusiya ilə birbaşa əlaqə var – işğalçılar gələcək, Kreml isə davamlı olaraq ora hərbi texnika ötürəcək”.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...





