"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Naxçıvan Prokurorluğunda əməliyyat müşavirəsi

09 Mart 2023 - 18:02
in GÜNDƏM

Martın 9-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Baş prokurorun birinci müavini Elçin Məmmədovun rəhbərliyi ilə Muxtar Respublika, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqların əməkdaşlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Bu barədə Elchi.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Müşavirə iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindənki abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad edib.
Bundan sonra, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. Görüşdə Muxtar Respublikada qanunçuluq və hüquq qaydalarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Müşavirədə giriş nitqi ilə çıxış edən Elçin Məmmədov tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən məhkəmə və hüquq sistemində aparılmış islahatları, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verilib.
İştirakçıların diqqətinə çatdırılıb ki, şəhidlik zirvəsinə ucalmış hərbçi və mülki vətəndaşlarımızın ailələri, döyüşlər zamanı yaralanmış şəxslər, eləcə də müharibə iştirakçıları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı ilə əhatə olunub.
Daha sonra çıxışda Naxçıvan Muxtar Respublikasında cinayətkarlığın dinamikasına, cinayət mühakimə icraatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar müzakirə edilib.
Həmçinin, Baş Prokurorluğun idarə rəisləri Tural Aslanov, Natiq Hüseynov, Natiq Abdullayev, Mahir Abbasov və Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev prokurorluğun müvafiq fəaliyyət sahələri üzrə görülmüş işlər barədə müşavirədə məruzələrlə çıxış edib.
Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarının əməkdaşları ilə xidməti fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülməsi zəruri olan tədbirlər və qarşıda duran vəzifələr müzakirə edildikdən sonra iclasa yekun vuran Elçin Məmmədov prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azercell 2022-ci il üzrə hesabatını açıqlayır – Video

Next Post

İranda 5 məhkum edam edildi

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
İranda daha 5 məhkum edam edildi

İranda 5 məhkum edam edildi

Britaniyanın FT qəzetinin oxucuları Zelenskini Artemivsklə bağlı məntiqsiz qərarlarına görə tənqid ediblər

Britaniyanın FT qəzetinin oxucuları Zelenskini Artemivsklə bağlı məntiqsiz qərarlarına görə tənqid ediblər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.