"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bayramovun Quttereşə məktubu BMT-də sənəd kimi yayıldı

10 Mart 2023 - 13:29
in SİYASƏT

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Ədalət Məhkəməsinin İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı fevralın 27-də BMT Baş katibinə ünvanlandığı məktub Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədi kimi yayılıb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məktubda Beynəlxalq Ədalət Məhkəməsinin qərarları şərh olunur və Ermənistanın əvvəlki qərar üzrə pozuntuları diqqətə çatdırılır.

Bir qrup azərbaycanlı eko-aktivistlərin Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyalarının guya “Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu” və “Azərbaycanın təbii qazın və s. kommunal xidmətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu” barədə Ermənistanın iki əsas iddiasının Məhkəmə tərəfindən rədd edilməsi faktı məktubda diqqətə çatdırılır.

Beynəlxalq Ədalət Məhkəməsinin guya Ermənistanın vəsatətini təmin etdiyi barədə əsassız iddia ilə bağlı məktubda vurğulanır ki, Məhkəmənin müvəqqəti tələbi Ermənistanın tələbi ilə eyni deyil və Məhkəmənin qənaəti budur ki, Azərbaycan Laçın yolunda “fasiləsiz hərəkəti təmin etmək…” deyil, yalnız “öz ixtiyarında olan bütün tədbirləri görməlidir”. Məhkəmə eyni zamanda, Ermənistanın yol boyu hərəkətin “sərbəst” olması və “bütün” şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olunması ilə bağlı iddiasını da qəbul etməyib. Bununla, Laçın yolu ilə hərəkətin heç bir nəzarət olmadan həyata keçirilməsinin qeyri-məqbul olduğu barədə Azərbaycanın mövqeyi dolayısı yolla Məhkəmənin qərarında nəzərə alınıb.

Bu qərar bir daha sübut edib ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyası ilə bağlı heç bir məsuliyyət daşımır və onların legitim etiraz hüquqlarının qarşısının alınmasına məcbur edilə bilməz. Bununla yanaşı, Məhkəmə Ermənistanın yoldan “azad istifadə” etmə tələbini dəyişdirməklə, əslində Laçın yolundan hərbi və iqtisadi məqsədlər üçün sui-istifadə edilməsinə qarşı olduğunu diqqətə çatdırıb.

Məktubda Laçın yolundan sui-istifadə halları diqqətə çatdırılır və Azərbaycanın səlahiyyətləri çərçivəsində yoldan istifadənin təhlükəsizliyinə zəmanət verdiyi, nə Azərbaycan hökumətinin, nə də etirazçıların yolda hərəkətə maneçilik törətmədikləri vurğulanır. Məktubda həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin avtomobillərinin keçidi barədə məlumat təqdim olunur, 3000-dən yuxarı avtomobillərin yoldan istifadəsinin “blokada” və “gərgin humanitar” vəziyyət barədə iddiaların əsassız olduğunu sübut etdiyi bildirilir.

Laçın yolundan istifadənin qanuni və şəffaf olması, yoldan sui-istifadə hallarına yol verilməməsi, bu səylərin tərkib hissəsi kimi, Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması təklifi məktubda xüsusi olaraq vurğulanır. Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsinin Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisi olduğu diqqətə çatdırılır.

Azərbaycan xarici işlər nazirinin BMT Baş katibinə məktubunda Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarını hələ də yetirmədiyi xatırlanır. Belə ki, Ermənistanın məhkəmənin qərarına zidd olaraq, ərazisində Azərbaycana qarşı etnik zəmində nifrət və ayrıseçkilik aşılanmasının qarşısını almadığı, VoMA və POGA kimi hərbiləşmiş qruplaşmaları ləğv etmədiyi məktubda qeyd olunur.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Simonyan gürcüləri təhdid etdi: Tiflis vurulacaq

Next Post

Deputat Çepa Rusiyanın Finlandiya ilə danışıqlara hazır olduğunu açıqlayıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Deputat Çepa Rusiyanın Finlandiya ilə danışıqlara hazır olduğunu açıqlayıb

Deputat Çepa Rusiyanın Finlandiya ilə danışıqlara hazır olduğunu açıqlayıb

“Birlik Festivalı” adlı layihə həyata keçirilib

“Birlik Festivalı” adlı layihə həyata keçirilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.