Yaponiyalı restoran sahibi Kiyosi Kimura 180 kiloluq balıq üçün 37.5 min dollar ödəyib. Sakit okeandan tutulan tuna
adlı balıq yanvarın 5-də Tokionun Tsukidzi bazarında keçirilən hərracda o qiymətə satılıb.
adlı balıq yanvarın 5-də Tokionun Tsukidzi bazarında keçirilən hərracda o qiymətə satılıb.Sushi-Zanmai restoranının sahibi Kimura deyib ki, hərracda qalib gəlməsi onu təəccübləndirib. Çünki balığın qiyməti çox aşağı olub. Mütəxəssislər isə hesab edir ki, balığın aşağı qiymətdə olması bazarda aktiv rəqabətin olmaması ilə bağlıdır. Bundan bir qədər iri, amma eyni keyfiyyətdə olan tuna üçün rekord satış qiyməti 2013-cü ildə müəyyənləşib. O zaman 222 kilo çəkisi olan balıq 1.8 milyon dollara satılıb. İki il əvvəl gerçəkləşən auksionun qalibi də Kiyosi Kimura olmuşdu.



