Avropa Birliyi İslandiyaya lazım deyil. Rəsmi Reykyavik yaxın günlərdə üzvlük müraciətini geri götürmək
niyyətindədir. Musavat.com “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, bunu İslandiyanın baş naziri Siqmundur David Günnlöqssonn bəyan edib.
niyyətindədir. Musavat.com “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, bunu İslandiyanın baş naziri Siqmundur David Günnlöqssonn bəyan edib.Qeyd edək ki, Brüssellə İslansiya arasında danışıqlar 2013-cü ildə Avropa Birliyinin balıqçılıq siyasəti ətrafında mübahisələr fonunda dayandırılmışdı. AB balıqçılığa kvota tətbiq etmək istəyirdi, bu isə İslandiya tərəfini razı salmlrdı. İndi isə Reykyavik Avropa Birliyinə üzvlükdən birdəfəlik imtina etmək qərarına gəlib.



