ABŞ prezidenti Joe Biden bazar ertəsi, martın 13-də “bank böhranı” ilə bağlı açıqlama verəcək və sualları cavablandıracaq. Elchi.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Sabah səhər mən tarixi iqtisadi dirçəlişi qorumaq üçün güclü bank sistemimizi necə qoruyub saxlayacağımız barədə müraciət edəcəyəm” deyə Amerika lideri bildirib.
Bayden bildirib ki, onun göstərişi ilə ABŞ Maliyyə Naziri Janet Yellen və onun baş iqtisadi müşaviri Lael Brainard Silicon Valley Bank və Signature Bankın uğursuzluqları nəticəsində zərər çəkən bizneslərin öz əmanətlərinə çıxış əldə etməsini təmin etmək üçün maliyyə tənzimləyiciləri ilə işləyirlər.
Havar Şəfiyeva






