"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Almaz imperatoru” “konyak diplomatiyası” ilə AP deputatlarını belə idarə edir

13 Mart 2023 - 15:17
in SİYASƏT


“Avropa Parlamenti martın 14-də Azərbaycana qarşı növbəti “qətnamə” qəbul etməyə hazırlaşır. Bu dəfəki qətnamə də bundan öncəkilər kimi obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterlidir. Məsələ ondadır ki, bu ilk belə hal deyil”-bu sözləri Elchi.az-a açıalamasında Global Media və Siyasət Araşdırmaları İB-in eksperti Turan Rzayev deyib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Turan Rzayev həmçinin AP tərəfindən Azərbaycana qarşı qəbul edilən bu və bu tipli təşəbbüslərin və qətnamələrin artıq sayı-hesabının itdiyini vurğulayıb:
” Misal üçün bundan öncəki qətnamədə Avropa Parlamenti Azərbaycanı Dağlıq Qarabağda və ətraf ərazilərdəki erməni mədəni irsinə qarşı münasibətinə görə tənqid etmişdi. Həmin Qətnamənin lehinə 635, əleyhinə 2 səs vermiş 42 millət vəkili isə bitərəf qalmışdı.
Bu dəfəki qətnamə layihəsinin ilkin mətninə nəzər saldıqda həm motiv, həm də arqument baxımından öncəkilərdən fərqlənmədiyini görmək mümkündür. Məsələn qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistanı hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də hazırda de-fakto fəaliyyət göstərməyən “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə ümumiyyətlə olmayan məsələlər qeyd edilib. Birincisi, Azərbaycanın Ermənistana hərbi təcavüz etməsi iddiasının heç bir əsası yoxdur. Digər tərəfdən, bunu müəyyən etmək çox rahatdır. Peyk görüntülərini izləyərək iki ölkə arasında təyin edilməyən şərti sərhəddəki aktivliyi müşahidə etmək mümkündür.

İkincisi, Laçın yolunun “blokada”da olması kimi iddialar artıq çürüyüb. Az qala hər gün Azərbaycan televiziya kanaları başda olmaqla, sosial şəbəkələrdə Rusiya sülhməramlılarınına məxsus nəqliyyat vasitələrinin, habelə mülki ermənilərin bu yoldan sərbəst gediş-gəlişini əks etdirən görüntülər paylaşılır.

Üçüncüsü, Qarabağdakı ermənilərə statusun verilməsi kimi məsələlərin Avropa Parlamenti səviyyəsində müzakirə edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Bu həm Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin pozulması, həm də suverenliyinə hörmətsizlikdir. Azərbaycan Prezidentinin dediyi kimi ölkəmizdə yaşayan digər etnik azınlıqlar kimi ermənilərin də hüquq və azadlıqları dolayı yolla statusu Azərbaycan konstitusiyası ilə tənzimlənir.

Əslində məlum qətnamə layihəsi və mətn daxilində yer alan “arqumentlər” bir daha Avroparlementin erməni lobbisinin sifarişi ilə hərəkət etdiyini təsdiqləyir. Sanki AP Ermənistan Parlamentinin komitəsinə çevrilib, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri notarius kimi təsdiqləyir.
Korupsiya cinayətləri “konyak diplomatiyası”
Avropa Parlamentinin Azərbaycana qarşı növbəti “qətnamə” qəbul etməyə hazırlaşması həm də o baxımdan daha bizi təəccübləndirmir ki, qurum son dövrlər ancaq korrupsiya cinayətləri və Azərbaycana qarşı qərəzli addımları ilə gündəmə gəlir.

Misal üçün Yunanıstandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi qurumun içində olduğu vəziyyəti əyani sübut edir”.
O, eyni zamanda digər tərəfdən Avropa Parlamentinin bir çox deputatının Avropa İttifaqı-Ermənistan dostluq qrupu üzərindən ciddi şəkildə maliyyə əldə etməsi faktlarının da mövcud olduğunu dilə gətirib.

” Bu məsələdə isə əsas diqqətçəkən şəxs ermənilərin “almaz imperatoru” adlandırdıqları milyarder Kaspar Karapetyandır.
Belə ki, Avropa İttifaqı-Ermənistan dostluq qrupu Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) təşkilatı ilə sıx bağlıdır. Kaspar Karapetyan isə bu təşkilatın prezidentidir.
Kaspar Karapetyan AP-nin bir sıra deputatlarını sözün əsl mənasında drijor çubuğu ilə idarə edir. Karapetyanın brilliant biznesindən qazandığı çirkli pullar bəzi deputatların gözlərini qamaşdırır.
Bu mənada Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur”.

Havar Şəfiyeva

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev Almaniyaya getdi

Next Post

Qarabağ erməniləri Bakıda: Vəziyyət dəyişəcək!

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Qarabağ erməniləri Bakıda: Vəziyyət dəyişəcək!

Qarabağ erməniləri Bakıda: Vəziyyət dəyişəcək!

Fransa azərbaycanlıların 6 ölkəyə getməsinə imkan vermir

Fransa azərbaycanlıların 6 ölkəyə getməsinə imkan vermir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.