Fransanın Azərbaycandakı səfirliyi viza məsələləri ilə bağlı azərbaycanlılara, xüsusən, azərbaycanlı gənclərə problem yaradır.
Elchi.az xəbər verir ki, bu sözləri bloger Fərid Pərdəşünas öz Feysbuk hesabında paylaşıb.
Onun sözlərinə görə, səfirlik məktublara cavab yazmır, konsul Jan Amelino isə ona gələn sənədlərə imtina cavabı verir:
“Fransa səfirliyi təkcə Fransanın yox, İspanya, Niderland, Portuqaliya kimi ümumilikdə 6 ölkənin vizasını verir. Mən illərdir səfər etdiyim İspaniyaya viza ala bilmirəm”.
F.Pərdəşünas məsələ ilə bağlı Fransa səfirliyi qarşısında aksiya keçirəcəyini də istisna etməyib.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...





