"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Öldürülən məhkumun bacısı Mədət Quliyevin qəbulunda

06 Yanvar 2015 - 10:43
in CƏMİYYƏT

Simuzər Babayeva: “Söz verdi ki, qardaşımın döyülərək öldürülməsində iştirak etmiş şəxslər cəzasını alacaq”img1701332

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

14 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişmiş məhkum Elşad Babayevin bacısı Simuzər Babayeva Penitensiar Xidmətin rəisi Mədət Quliyevin qəbulunda olub. S.Babayeva xidmət rəisinin qəbulunda olarkən qaldırdığı məsələlər haqda “Yeni Müsavat”a bunları deyib: “Mədət Quliyevin qəbuluna öz təşəbbüsümlə getdim. Məni qəbul edib dinlədi. Söz verdi ki, qardaşımın döyülərək öldürülməsində iştirak etmiş hər bir şəxs cəzasını alacaq. Ona qardaşımın işgəncə ilə öldürülməsində  5 məmurun adının çəkildiyini dedim. O isə 3 nəfər haqda məlumatlı olduqlarını bildirdi.
Mən Mədət Quliyevin vicdanlı olduğunu düşünərək qəbuluna getdim. Bunu özünə də dedim və xahiş etdim ki, əli qandallı məhkumu döyərək öldürənlər cəzalandırılsın. Mədət Quliyev dedi ki, vicdanla söz verirəm ki, haqq-hüquq nə tələb edirsə, elə də olacaq”.
S.Babayeva qardaşından gözü qarşısında rüşvət tələb edən məmur haqda da xidmət rəisinə məlumat verib: “14 saylı cəzaçəkmə müəssisəsinə qardaşımla görüşə gedəndə o, bizə oradakı durumdan danışırdı. Sonuncu görüşümüz dekabrın 10-da olmuşdu. Həmin gün gözümüzün qarşısında rejim rəisi Əli Mustafayev qardaşımdan rüşvət aldı. Üstəlik, deyirdi ki, Elşad, verdiyin pul çox azdır. Onun barəsində Mədət Quliyevə məlumat verdim. Dedim ki, bu hadisədən sonra başqa məhkumlara da işgəncə verilir, onları karserlərə salıb ”tubzon”a göndərirlər. Yaxınları ilə görüş vermirlər. 14-cü “zon”da yeməklərin həddən artıq keyfiyyətsiz olması, suyun yoxluğu, sanitar qovşaqlarının bərbadlığı, məhkumlara qarşı amansız münasibətdən danışdım. Qardaşımın meyitini morqa bir döşəyin üstündə göndərmişdilər. Həmin döşəyin üzünün rəngi çirkdən qaralmışdı, üstəlik, bit içində idi”.
S.Babayeva qardaşının ölümü ilə bağlı istintaq aparılması haqda məlumatsız olduğunu deyib: “Qaradağ Rayon Prokurorluğunun müstəntiqindən istintaqın gedişi ilə maraqlandım. Dedi ki, hər hansı bir məlumat verə bilməz”.
S.Babayeva dedi ki, məsələ ilə əlaqədar prezidentə və birinci xanıma elektron məktub ünvanlayıb: “Mən bu məsələnin unudulmağını, ört-basdır edilməyini qətiyyən istəmirəm. Onu da bilirəm ki, bu hadisə ilə əlaqədar heç kim məsuliyyətə cəlb olunmayıb. ”Zon”un rəisi Əli İbrahimov da hələ ki öz vəzifəsini icra etməkdədir. Məhkəmə tibb ekspertizanın cavablarını gözləyirəm. Azərbaycan hüquqi dövlətdir, burada cəngəllik qaydaları deyil. Bu məsələ hüquq müstəvisində həll olunmalıdır. Onsuz da qardaşım qanunla deyil, məmurların özbaşına tətbiq etdikləri işgəncələr nəticəsində dünyasını dəyişib və bu səbəbdən hüquqları tapdalanıb. Əgər bu hadisə hansısa məmurların özbaşınalıqları ört-basdır edilərək dəyərləndirilərsə, mən susmayacam”.
S.Babayeva əfv fərmanı ilə azad edilmiş vəkil Qurban Məmmədovun müsahibəsində qardaşının karserdə öldürüldüyünü deməsini xatırlatdı: “Qardaşımı karserdə öldürüblər. Bunu Qurban Məmmədov da deyir. Çağırsınlar, onlara da desin. Bu adamlar vicdanlı şəxslərdir. Baş vermiş hadisəni necə bilirlərsə, elə də deyəcəklər. Orada hər yanda videokameralar quraşdırılıb. Həmin kameraların yaddaşına baxsınlar, görüntüləri götürsünlər”.
Qeyd edək ki, dekabrın 30-da 14 saylı cəzaçəkmə müəssisəsindən əfv fərmanına əsasən azad olunan Q.Məmmədov E.Babayevin döyülərək öldürüldüyü haqda danışıb. Deyib ki, dekabrın 22-də səhər 9 radələrində  çəzaçəkmə müəssisəsinə 1 dustağın döyülərək öldürülməsi haqda xəbər yayılıb. “Bu hadisəyə etiraz oldu. Təəssüf ki, məhkumlar etiraz hüquqlarından kənara çıxdılar. Növbətçi hissəyə hücum oldu, nəzarətçilər döyüldü. Eşitdiyim, bildiyim məlumatlar var. Bu cinayət ört-basdır edilə bilməz. Bəli, orada qanun pozulub. Lakin bu 1 məhbusun döyülərək, işgəncə verilərək öldürülməsinə görədir. Dövlət buna diqqət etməlidir. Yəni məhbuslar orada etiraz vəziyyəti yaratmaq istəyi ilə qalxmayıblar. Ona görə də etiraza qalxan məhbuslara münasibətdə dövlət  humanist olmalıdır” – deyə Q.Məmmədov bildirib.
Q.Məmmədov deyib ki, etirazdan sonra 11 dustaq Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsinə köçürülüb. Qalanları isə 14 saylı cəzaçəkmə müəssisəsinin karsındadır: “Tubzon”dan qayıdanlar orada dəhşətli hadisələrin yaşandığını danışırlar. Bu məsələ ictimaiyyətin diqqətində olmalıdır. Ora ictimaiyyət nümayəndələrinin iştirakı ilə baxış keçirilməlidir. Məhkumlar Araz Quliyev, Miryusif Seyidovun ağır durumda olduğu bildirilir. Ora gedib araşdırma aparılmalıdır. Onlar ölüblər, yoxsa qalıblar, müəyyən olunmalıdır”.
Qeyd edək ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumlar qiyama qalxıb. Buna səbəb isə məhkum Elşad Babayevin karsda (cəza kamerası) işgəncə ilə öldürülməsi olub. Öldürülən məhkumun yaxınlarının təqdim etdikləri fotolarda E.Babayevin bədəni üzərində çoxsaylı xəsarətlərin olduğu görünür.
E.MƏMMƏDƏLİYEV

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlı diplomatın məqaləsi ABŞ Konqresinin nəşrində

Next Post

Sibel Canın oğlu şalvarsız "yaxalandı"

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Sibel Canın oğlu şalvarsız "yaxalandı"

Neft 50 dollar oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.