"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Anar 85 yaşını qeyd edir

14 Mart 2023 - 16:51
in CƏMİYYƏT

Bu gün xalq yazıçısı, görkəmli nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin 85 yaşı tamam olur.
Elchi.az xəbər verir ki, Anar Rəsul oğlu Rzayev 1938-ci ildə Bakı şəhərində anadan olub.
O, ana tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir.
Anar Rzayev məşhur “Altmışıncılar” nəslinin ən parlaq nümayəndələrindəndir.
Yaradıcılığa yeniyetməlik dövründən başlasa da, ilk mətbu hekayəsi 1960-cı ildə “Azərbaycan” jurnalının dekabr sayında dərc olunan “Keçən ilin son gecəsi” və “Bayram həsrətində”dir.
Onun əsərləri əsasında bir çox filmlər ərsəyə gətirilib. Ssenari müəllifi olduğu filmlər arasında “Gün keçdi”, “Dədə Qorqud”, “Nəsimi”, “Otel otağı”, “Qəm pəncərəsi”, “Üzeyir ömrü” kimi sevilən və tanınan işlər var.
Yazıçı 90-cı illərindən bəri üzərində işlədiyi “Əsrim, əslim, nəslim” adlı xatirələr romanında nəyə görə atasının soyadını niyə Rzayev olaraq dəyişdirilməsinə aydınlıq gətirib:
“1928-ci ildə yazdığı “Dilarə” hekayəsi 18 yaşlı Rəsul Rzanın ilk nəsr təcrübəsidir. Hekayədə komsomol ruhlu bir cavanın xanlara-bəylərə qəzəbli sinfi münasibəti duyulmaqdadır. Bəlkə onun inqilabçı əqidəli gənclik çağında xan soyadından imtina edib kommunist dayısı Məhəmmədhüseyn Rzayevin familiyasını qəbul etməsi altı yaşında atasız qalandan sonra ona atalıq etmiş dayısına ehtiram əlaməti yox, həm də mənsub olduğu silklə bağlarını büsbütün qırmaq istəyindən irəli gəlirdi”.
Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını 1991-ci ildə Anar aparıb. Həmçinin, 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib və mədəniyyət komissiyasının sədri olub.
Anar 1991-ci ildən bu günədək AYB-nin müxtəlif qurultaylarında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu da Nikolun Qərbi Azərbaycan İcmasına cavabı

Next Post

Ölkəmizdə əmək haqqı 12% artıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bütün növ pensiyalar 14,7 faiz artırıldı

Ölkəmizdə əmək haqqı 12% artıb

Lavrov: Qərb həmişə ev sahibi ölkələrə təzyiq edir

Lavrov: nasizm getdikcə daha çox Avropa ölkəsini əhatə edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.