"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qışda maşını qızdırmaq niyə mənasız və zərərlidir?

06 Yanvar 2015 - 21:17
in MARAQLI
Mühərriki nəyə görə qızdırmaq lazım deyil?img1717019
Bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda qışda avtomobilləri qızdırmaq adətdir. Bu, pis vərdişdir, alimlər bu vərdişdən qaçmağı məsləhət görürlər. Sürücülər yalnız zaman və yanacaq sərf edərək ətraf mühitə ziyan vururlar. Qışda işə salınmış, amma yerindən tərpənməyə hazırlaşmayan bir çox maşın görmək olar. Avtomobil sahiblərinin əksəriyyəti yola düşməzdən bir müddət öncə avtomobillərini işə salırlar. Əgər avtomobil məsafəli starter ilə təchiz edilibsə sürücü rahatca evdə gözləyir. Amma bəzi, əsasən də donmuş sürücülər maşınında oturur, onun qızmasını gözləyir. İnsanlar düşünürlər ki, beləliklə, maşın soyuq temperaturda sürmək üçün lazımi temperatura qədər daha yaxşı isinir. Sürücülər soyuq maşında yola düşməyin ziyanlı olduğundan əmindirlər. “The Washington Post” qəzetinin WonkBlogu bu əsatiri boşa çıxardı: müasir maşınları əvvəlcədən işə salmaq lazım deyil.
Avtomobillərin soyuq havada qızdırılması tamamən rus əsatiri oldu. 2009-cu ilin tədqiqatlarına əsasən, amerikalılar əgər havanın temperaturu 0-dan aşağı olarsa maşını beş dəqiqə və ya bir qədər çox qızdırırlar.
Mühərrikləri nəyə görə qızdırmaq lazım deyil?
Əslində hər zarafatda həqiqət payı olduğu kimi, burada da elədir. Birincisi, şaxtada yanacağın sərf edilməsi 12% artır. İkincisi, qışda maşın həqiqətən daha çox qızır.  Köhnə, karbüratorla işləyən maşınları, əvvəlcədən qızdırmaq lazımdır. Bunu etməsək, karbürator, hava və yanacağın qarışığını müəyyənləşdirən lazımi temperatura qədər qızmayacaq, mühərrik sönəcək. 1980-1990-cı illərdə karbüratorları injektorlarla əvəz etdilər, burada hava və yanacağın qarışığı xüsusi datçiklərin köməyi ilə müəyyən edilir. İnjektor mühərrikini qızdırmaq lazım deyil, çünki datçiklər qarışığa nəzarət edərək lazımi temperaturu saxlayır. Beləliklə də, müasir mühərrikləri boş yerə işlətməyə ehtiyac yoxdur. Avtomobilqayırma mütəxəssislərinin sözlərinə görə, yeni maşınları soyuq havada 30 saniyədən çox qızdırmaq lazım deyil, çünki onlar hərəkət zamanı daha tez qızırlar.
Mühərrikin qızdırılması təbiətə ziyandır
Mühərrikin boş yerə işlədilməsi ətraf mühitə ziyandır, belə ki, yanacağın israfına və ətrafa istixana qazlarının yayılmasına vasitəçi olur. Bunun nə qədər zərərli olduğunu göstərmək üçün maşının qızdırılması stereotipinin mövcud olduğu Kanadanın Təbii Resurslar Nazirliyi eksperiment üçün üç maşını -18°C-yə qədər soyudur, hər bir maşın da müəyyən məsafə qət edir. Bəzi maşınları eksperiment müəllifləri 5 dəqiqəyə qədər, bəzilərini isə 10 dəqiqəyə qədər qızdırırlar. Eksperiment göstərib ki, maşını nə qədər çox qızdırırıqsa, boş yerə bir o qədər də çox yanacaq sərf edirik.
5 dəqiqəlik qızdırılma yanacağın sərf edilməsini 7-14%, 10 dəqiqəlik qızdırılma isə 12-19% artırdı. Bundan başqa, mühərrikin həcmi böyük olduqca yanacağın boş yerə israfı artır. Yəni, əgər müasir maşınlar bir litr benzin üçün km sayını artırmağa çalışırsa, belə maşınların qızdırılması benzini israf edərək, mühərrikin effektivliyini azaldır.
Əlavə xərclərdən başqa, maşının qızdırılması kimi ənənəyə sadiqlik atmosferə zərərli tullantıların atılmasını artırır. 2009-cu ildə “Energy Policy” jurnalında tədqiqat dərc edilmişdi. Həmin tədqiqatın müəllifləri ABŞ-da boş yerə mühərrikin işləməsi zamanı ətraf mühitə dəyən zərəri hesablamışdılar.
Sürücülər mühərriki yalnız maşını qızdırdıqda deyil, eləcə də kimi isə gözlədikdə və ya tıxacda durduqda işə salırlar. Hesablamalara müvafiq olaraq, mühərrikin boş yerə işləməsi ABŞ-ın istixana tullantılarının 1,6%-dir. Müqayisə üçün bildirək ki, bu metallurgiya sənayesinin ümumi miqdarından iki dəfə çoxdur.
Mühərrikin lazımsız işini azaldaraq avtomobil sahibləri dünyada hər il yanacaqda 5,9 milyard dollar qənaət edə bilərlər (bu hesablamalar 2008-ci ilin yanacaq qiymətlərinə əsaslanıb). Tullantıların miqdarı isə soda, alüminium və əhəng sənayesinin tullantıları qədər azala bilər. (oxu.az)

 

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Anar Yusifoğluna vəzifə verildi – Şok təyinat

Next Post

Bu ölkələr ABŞ-la hərbi təlimlərə başladı

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

Bu ölkələr ABŞ-la hərbi təlimlərə başladı

Müdafiə Nazirliyindən icra başçısının oğlu ilə bağlı AÇIQLAMA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.